Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2620/2025 10.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin Dövlət X3 yol-patrul xidmətinin inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Masallı rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 19 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 noyabr 2025-ci il tarixdə, saat 01:10-da «AZSAMAND» minik markalı ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qaradağ rayonu, “Meyvəli” Ticarət Mərkəzinin qarşısında saxlanılmış, bu zaman onun bir il ərzində təkrarən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 01:10 radələrində İXM-nin 333.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin Dövlət X3 yol-patrul xidmətinin inspektoru polis serjantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 19 noyabr 2025-ci il tarixdə, saat təxminən 01:10 radələrində xidmətdə olarkən «AZSAMAND» minik markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. O sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirmiş, bu zaman sürücünün həm də alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs buna heç bir etiraz etmədiyi üçün yerindəcə alkoqol sərxoşluğu müayinəsindən keçirilmiş və onda alkoqol sərxoşluğu aşkar olunmuşdur. O öz izahatında onu da qeyd etmişdir ki, sürücü Şəxs İXMnin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 28 oktyabr 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Nəticədə sürücü Şəxs barəsində 19 noyabr 2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, evində sprtli içki “julik” içmişdir. 19 noyabr 2025-ci il tarixdə saat 01:10 radələrində idarə etdiyi «AZSAMAND» minik markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qaradağ rayonu, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında avtomobilini idarə edərkən YPX əməkdaşı onu saxlamış və onda alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qayadaları”na dair, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 19 noyabr 2025-ci il tarixli, 2/2848 saylı aktından aydın olur ki, Şəxs 19 noyabr 2025-cü il tarixdə, saat 02:06-da müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Şəxs 28 oktyabr 2025-ci il tarixdə, saat 03:02 radələrində «AZSAMAND» minik markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə İXM-nin 333.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Şəxs il ərzində təkrarən sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona əsas cəza kimi inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən saat 17:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov