Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2628/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, borclu Şəxs barəsində protokol tərtib edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-923/2022 saylı, 02 mart 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-923/2022 saylı, 02 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən; iş üzrə qətnamə qanuni qüvvəyə minənədək 13 yanvar 2022-ci il tarixdən hesablanmaqla 28 aprel 2016-cı il təvəllüdlü X2 və 19 avqust 2021-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay bir uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 05 mart 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 04 aprel 2022-ci il tarixdə borclu tələbkara aliment borcundan yetmiş manat ödəniş etmişdir. 09 aprel 2022-ci il tarixdə borclu Şəxs iltizam yazaraq həmin tarixə olan 700 manat aliment borcundan 350 manat ödəyəcəyinə dair söz vermiş, lakin ödənişi həyata keçirməmişdir. Borclu Qaradağ rayon İcra Şöbəsində verdiyi izahatında icra sənədi üzrə 300 manat ödəniş etdiyini bildirmişdir. Borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmədiyinə görə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Bundan əlavə İcra məmuru tələbkar X9 ilə telefon vasitəsilə əlaqə saxladığını, tələbkarın xəstə olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini, lakin borcludan şikayətçi olmaqla aliment borcunu tam ödəmədiyi halda inzibati qaydada həbs olunmasını xahiş etdiyini bildirmişdir. Bütün bunların nəzərə alınaraq borclu barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Hal-hazırda heç yerdə işləmədiyindən və maddi durumu zəif olduğundan ödəniş edə bilmir. Məhkəmə iclasının gedişində aliment borcundan əlli manat ödəyə bildiyini, yanvar ayının onuna kimi isə yüz əlli manat ödəniş edə biləcəyini bildirmişdir. O hal-hazırda heç bir maddi imkanının olmadığını, vaxt veriləcəyi təqdirdə qalan aliment borcundan kifayət qədər ödənişlər edəcəyini bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmiş və icra məmurunun qanuni tələblərinə də qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra tam etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymaraq icra şöbəsinə gəlməkdən imtina etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 28 dekabr 2023-cü il tarixdən saat 16:15-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2628/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2628/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver