Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2629/2025 11.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2004-cü ildə Xaçmaz rayonu, Vələmir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xaçmaz rayonu, Vələmir kəndində qeydiyyatda olmaqla deməsinə görə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 27 avqust 2025-ci il tarixdə, saat təxminən 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində YPX əməkdaşları tərfindən avtomobildə saxlanılarkən ictimai qaydanı pozaraq İXM-nin 510-cu maddəsinin və polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq İXM-nin 535.1-ci maddəsinin tələbini pozuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 28 avqust 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 27 avqust 2025-ci il tarixdə, saat təxminən 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Şəxs YPX əməkdaşları tərəfindən avtomobildə avtoxuliqanlığa görə saxlanılarkən ictimai qaydanı pozaraq İXM-nin 510-cu maddəsinin və polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq İXM-nin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Şəxs telefonla hansısa şəxsə zəng edərək telefonu polis əməkdaşlarına vermiş, telefondakı şəxs qazi olduğunu və keçmiş polis əməkdaşı olduğunu bildirərək Şəxs buraxılmasını istəmişdir. Bu zaman sürücü Şəxs həmin şəxsə “burada məni cərimə edəcəklər qaziləri yığ gəl, burada səs-küy salsaq məni buraxacaqlar” demişdir. O öz izahatında daha sonra Şəxs 27 avqust 2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulduğunu və 28 avqust 2025-ci il tarixdə saat 17:00-da azad edildiyini bildirmişdir. Onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 27 avqust 2025-ci il tarixdə “Toyota Prado” markalı avtomobillə dostları ilə çimərlikdən qayıdarkən dönmə işığından istifadə etmədiyi üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanmışdır. Polis əməkdaşları ona avtomobili duracağa aparılması lazım olduğunu bildirmişlər. Bu zaman o, keçmiş polis əməkdaşı, qazi olan qonşusuna məlumat almaq üçün zəng vurmuşdur. Nəticədə polis əməkdaşları onu 10-cu PŞ-ya getməli olduğu bildirilmişlər. O heç bir müqavimət və ya tabesizlik göstərmədən polis maşınına əyləşərək 10-cu PŞ-ya getmişdir. O törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmasa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki iş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 27 avqust 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 27 avqust 2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuş və 28 avqust 2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2025-ci il tarixli Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ rəisi, polis polkovnik-leytenantı Rafail Tağıyevə ünvanlanmış raportdan aydın olur ki, xx.xx.2025-ci il tarixdə xidmət aparan zaman “Toyota” markalı avtomaşın dəfələrlə ard-arda manevr etmə qaydalarını pozduğuna görə tərəflərindən saxlanıldı. Saxlanılan zaman sürücüyə yaxınlaşıb qanuni özlərini təqdim edib qayda pozuntusu barədə məlumat vermişlər. Bu zaman sürücü və sürücünün yanındakı şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq telefonda hansısa bir şəxsə zəng edərək telefonu onlara uzatdı, bu zaman telefondakı şəxs “mən qaziyəm, köhnə polis əməkdaşıyam” deyərək onu buraxmasını istədi. Bu zaman sürücü yazılı şəkildə telefonda danışdığı şəxsə “Burada məni cərimə edəcəklər, qaziləri yığ gəl burada səs-küy salsaq məni buraxacaqlar” deyərək bildirdi. Həmin qazi dediyi şəxslə yazışmaları danışıqları videogörüntüdə əks olunur. Sürücünün yanındakı şəxs onların xidməti fəaliyyətlərini pozmağa davam etdi. Bu zaman sürücü və yanındakı şəxs tabesizlik göstərməyə davam etdi. Bu zaman sürücü və yanındakı şəxs 10-cu PŞ-nə dəvət olundular. Həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişlər. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2629/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2629/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver