Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2647/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Göyçay rayon Məhkəməsinin 2(046)-556/2020 saylı, 24 iyun 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-556/2020 saylı, 24 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs Göyçay rayon Məhkəməsinin 25 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 18 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 26 sentyabr 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat cəmi 160 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 18 avqust 2020-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bu günə borclunun 4680 manat aliment borcu yaranmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 03 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu çağırışlardan qəsdən yayınmamış və çağırışlara vaxtıvaxtında gəlmişdir. Tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tələbkar üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkarla borclu arasında alimentin ödənilməsi ilə bağlı şifahi razılığa gəlinmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o icra vərəqəsindən xəbərdar olmaqla icra vərəqəsinin icrasından yayınmır. Hal-hazırda heç yerdə işləmədiyindən yığılmış aliment borcunu ödəyə bilməmişdir. Belə ki, bu günədək borcundan 7000 manata yaxın ödəniş etmişdir, 31 iyul 2024-cü il tarixdə aliment borcundan 300 manat, 03 sentyabr 2024-cü il tarixdə isə daha 300 manat ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə qalan borcundan hər ay 500 manat ödəməyi öhdəsinə götürür. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasının gedişində X5 ilə bu barədə razılığa gəlmişlər. Odur ki, məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxsnın barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2647/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2647/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver