Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2648/2024 04.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1998-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 03 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 19 iyul 2024-cü il tarixdə, saat 23:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesində vətəndaş X2 döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru X8 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru X8 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis kapitanı X4 05 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın Şəxs barəsində Azərbaycam Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün aidiyəti əməkdaşa təqdim edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokurorluğuna göndərilməsi, qərarın surətinin məlumat üçün X3 göndərilməsi qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, şikayətçi X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin sonuncu hal-hazırda ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməcəyini və inzibati xəta törətmiş şəxslə barışmadığını bildirmişdir. Odur ki, hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 19, mənzil 15-də kirayədə ailəsi ilə birlikdə yaşayır. Təqribən səkkiz ilə yaxındır ki, “Dərya” gecə klubunda “dicey” işləyir. 19 iyul 2024-cü il tarixdə, saat 22:30-da işlədiyi “Dərya” kafesində olarkən X5 ona yaxınlaşaraq ona fars mahnısı sifariş vermişdir. O fars mahnılarına icazə olmadığını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təhminə onun üstünə gələrək onu nalayiq ifadələrlə söyü təhqir etməyə başlayanda o da Təhminəni əli ilə tutub kənara itələmişdir. O, öz izahatında törətdiyi əməldən peşiman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Qaradağ rayon Şöbəsinin 22 iyul 2024-cü il tarixli, 463 nömrəli ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alt çənə və hər iki əl nahiyyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş T.İ.Nəmətovanın almış olduğu xəsarətlərin xarakterini və lokalizasiaylarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin həm şəxsin özü və həm də kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs oğlu qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 03 sentyabr 2024-cü il tarixdə saat 20:10-da tutulmuş, 04 sentyabr 2024-cü il tarixdə, saat 10:00-da tutulmadan azad edilmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və bununla bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eləcə də törətdiyi əməldən peşiman olmasını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2648/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2648/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver