Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2651/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 28 avqust 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs MMC 30000.00 ABŞ dolları məbləğində vəsaiti 10 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 30000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nın direktoru X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, həmin köçürmə xx.xx.2022-ci il tarixli S220617 saylı müqavilə ilə Türkiyə Respublikasının "ATLAS SOĞUTMA SİS.SAN.VE TİC.A.Ş." şirkətinə avadanlıq və konstruksiyaların alınması üçün köçürülmüşdür. Ümumilikdə həmin şirkətə müxtəlif tarixlərdə 147459.00 ABŞ dolları vəsait köçürülmüş və bunun müqabilində 147459.76 ABŞ dolları dəyərində avadanlıq və konstruksiyalar idxal edilmişdir. Azərbaycan Respublikasından kənara ödənilmiş valyuta vəsaiti hesabına alınan mallar faktiki olaraq tam şəkildə, vaxtında ölkəyə idxal edilmişdir. Lakin, xx.xx.2022-ci il tarixli, **********6868 saylı yük gömrük bəyannaməsinin tərtibi zamanı yol verilan mexaniki səhv səbəbilə bəyannamənin 20-ci qrafasında çatdırılma şərtləri "110 – malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir" əvəzinə "120 malın dəyəri ödənilməmişdir" kodu qeyd edilmiş, həmin bəyannamənin 44-cü “təqdim olunan sənədlər” qrafasında isə müqavilə nömrəsi "S220617" əvəzinə, "S220618" yazılmışdır. Nəticədə, bank avans ödənişini bağlamaq üçün təqdim edilən **********6868 saylı yük gömrük bəyannaməsini çatdırılma şərtləri və müqavilə nömrəsi uyğun olmadığı üçün qəbul etməmiş və sənədləri Mərkəzi Banka təqdim etmişdir. Mərkəzi Bank da öz növbəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə" cərimə nəzərdə tutulmuşdur. Lakin yuxarıda qeyd etdiklərindən aydın olur ki, faktiki olaraq mallar ölkəyə idxal edildiyinə görə burada həmin maddə üzrə inzibati xəta elementi yoxdur. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin direktoru X1 məhkəmə baxışı zamanı təqdim etdiyi müvafiq olaraq 13 iyul 2022-ci il, 06 sentyabr 2022-ci il, 12 sentyabr 2022-ci il tarixli gömrük bəyannamələrindən və yazılı izahatından da aydın olur ki, Tükiyənin "ATLAS SOĞUTMA SİS.SAN.VE TİC.A.Ş." şirkətinə ümumilikdə 13 iyul 2022-ci il, 06 sentyabr 2022-ci il və 12 sentyabr 2022-ci il tarixlərdə 147459.00 ABŞ dolları vəsait köçürülmüş və bunun müqabilində 147459.76 ABŞ dolları dəyərində avadanlıq və konstruksiyalar (oxlu və vakumlu ventilyatorlar, qaz keçirtməyən bölmə qapılar, qara metallardan metal konsturksiyalar) idxal edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "ATLAS SOĞUTMA SİS.SAN.VE TİC.A.Ş." şirkətinə 13 iyul 2022-ci il, 06 sentyabr 2022-ci il, 12 sentyabr 2022-ci il tarixlərdə köçürülmüş 147459.76 ABŞ dolları dəyərində məbləğində vəsaitə (o cümlədən 30.000 ABŞ dollarına görə) uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN:**********) 28 avqust 2024-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2651/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2651/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver