Məhkəmə qərarları › İş №3(002)-2655/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2655/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2655/2025 12.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 11 avqust 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2009 saylı, 24 fevral 2009-cu il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2009 saylı, 24 fevral 2009-cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh X1 vurulmuş maddi ziyana görə birdəfəlik 2925 manat və hər ay 65 manat, bundan başqa cavabdeh X1 mənəvi ziyana görə 1000 (min) manat pulun alınıb X3 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, 17 iyul 2017-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Cavabdeh Şəxs birdəfəlik 2925 manatı və mənəvi ziyana görə 1000 manatı ödəsə də, hər ay 65 manatın ödənilməsini gecikdirmiş, bu günədək 4556 manat borcu yaranmışdır. Bundan başqa borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığından borclu barəsində axtarış elan edilmiş və bu gün, yəni 12 dekabr 2025-ci il tarixdə polis tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınarkən o əvvələr rəsmi qaydada işlədiyi üçün borcunu vaxtında ödədiyini lakin halhazırda işləmədiyi üçün ödəniş etməkdə çətinlik yarandığını, bundan həm aliment ödədiyini, həm də atasının ağır xəstə olduğunu, az müddət ərzində işinin açılacağını açılanda tam ödəyəcəyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, özünə məxsus mobil telefon vasitəsilə tələbkar X5 ilə əlaqə saxlanılmış, tələbkar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, yaranmış borcun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclu barəsində ağır tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, tərtib edilmiş protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yaranmış borcundan xəbəri var, yanvar ayının 5-nə kimi vaxt verilməsini və yaranmış bütün borcunu ödəyəcəyini qeyd etmişdir. Odur ki, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini tam icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qeyd olunan icra işi ilə əlaqədar yaranmış borcundan müəyyən ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar