Məhkəmə qərarları › İş №3(002)-2674/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2674/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2674/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 27 avqust 2024-cü il tarixli, 00100-02294/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən rəsmiləşdirmə mərkəzindən daxil olmuş 3-33- 1100/022/020454 nömrəli, 05.08 2024-cü il tarixli raportun icrası ilə əlaqedar bildirilmişdir ki, "Universal Trading and Supply Group QSC-nin ünvanına 29130739 nömrəli nəqliyyat vasitosi ilo ölkə ərazisinə daxil olmuş va **********7791 saylı GB ile bəyan olunan yük üçün qısa idxal bəyannamesi tərtib olunmamışdır. İş üzrə X2 "Vahid Avtomatlaşdırılmış idareetme Sistemi informasiya resursuna baxış keçirilməsi zamanı müeyyan olunmuşdur ki, "xxxx" QSC-nin ünvanına 29130739 nömreli naqliyyat vasitesile göndərilmiş yük xx.xx.2024-cü il tarixdə saat 13:58 radələrində "Yalama" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük erazisinə qotirilmezdan avval elektron formada qısa idxal bayannaməsi verilməmişdir. İş üzrə araşdırma zamanı "UNİVERSAL TRADİNG AND SUPPLY GROUP QSC-nin etibarname ilə səlahiyyətli nümayəndəsi X3 izahatı alınmışdır. O zahatında bildirmişdir ki, "xxxx" QSC-do techizatçı vəzifəsində çalışır. NTS127/24 nomreli xx.xx.2024-cü il tarixli xidmet müqavilsina esasen "xxxx"xxxx" MMC arasında bağlanılmış QSC-nin ünvanına daxil olan yüklare dair gömrük rəsmiləşdirilmesi "MB BROKER MMC heyata keçirir. Belarus Respublikasından idxal eldiyimiz ağac lifli plitələr yüküne dair invoys ve neqliyyat sonadtori "xxxx" QSC terefinden xx.xx.2024-cü il tarixde "MB BROKER MMC-yə qısa idxal bəyannaməsinin tərtib edilməsi üçün gönderilmişdir. Lakin, "MB Broker MMC-ya sənədlər vaxtında göndərilse de idxal edilen Abşeron" gömrük postunda xx.xx.2024-cü il tarixde **********7791 sorğu nömrəli gömrük beyannamesi ila rəsmiləşdirilmiş yüklərə dair qısa idxal bayannamesi tertib edilmemişdir. İş üzrə araşdırma zamanı müəyyən olunmuşdur ki, "UNİVERSAL TRADİNG AND SUPPLY GROUP QSC-nin ünvanına 01.08 2024-cü il tarixinde 29130739 nomreli nəqliyyat vasitesi ile ölkə erazisine daxil olmuş ve **********7791 saylı GB ile beyan olunan yük üçün qısa idxal bəyannaməsinin gömrük orqanına teqdim edilməməsi "xxxx" QSC-nin deyil, onun adından gömrük bəyannaməsini veren, **********7791 sorğu nömrəli gömrük bəyannaməsinin 14-cü grafasında bəyannaməçi (təmsilçi) olaraq qeyd olunan "xxxx" MMC-nin inzibati mesuliyyetine səbəb olur. Beləliklə, "xxxx" MMC terefinden "xxxx" QSC-nin ünvanına xx.xx.2024-cü il tarixində 29130739 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş ve **********7791 sorğu nömrəli gömrük bəyannaməsi ilə beyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qisa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 1.0.2-ci maddəsinə əsasən bəyannaməçi dedikdə, gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs başa düşülür. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" tesdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2- ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/013/023066 nömrəli xx.xx.2024-cü il tarixli raport, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursundan "Malin çatdırılması və boşaldılması"na dair çıxarış və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin qanuni temsilçisi X4 izahatında bildirmişdir ki: "xxxx" MMC-nin qanuni temsilçisi olmaqla direktoru vəzifəsində çalışır. MMC müxtelif şirketlere mexsus gömrük beyannamelerinin, o cümlədən qısa idxal beyannamələrinin tərtibatı ilə məşğuldur. "xxxx" QSC-nin ünvanına daxil olan ağac lifli plitələr yükünə dair gömrük bəyannaməsi "xxxx" MMC-yə göndərilən invoys, cmr və yüke dair digər sənədlər əsasənda tərtib edilmişdir. "xxxx" QSC-nin ünvanına 29130739 nömrəli nəqliyyat vasitəsi ilə Belarus Respublikasından ölkə ərazisinə daxil olmuş ağac lifli plitələr yükünə dair **********7791 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi "xxxx" MMC-nin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində çalışan X1 tərəfindən tərtib edilmişdir. "xxxx" QSC-nin ünvanına 29130739 nömrəli nəqliyyat vasitəsi ilə Belarus Respublikasından ölkə ərazisinə daxil olmuş ağaclifli plitələr yükünə dair qisa idxal bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan nəqliyyat sənədi, invoys sənədləri UNİVERSAL TRADİNG AND SUPPLY GROUP" QSC-nin nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin elektron poçt ünvanına göndərilmişdir, lakin iş çoxluğu səbəbindən "xxxx" QSC-nin ünvanına daxil olan yükə dair qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs MMC-nin və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar