Məhkəmə qərarları › İş №3(002)-2675/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2675/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2675/2024 19.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 26 avqust 2024-cü il tarixli, 00100-02295/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan "AZƏRİ Mİ DRİLLİNG FLUİDS MMC-nin ünvanına Türkiyədən 04AAP906/04D5470 nömrəli nəqliyyat vasitesilə idxal edilmiş **********8322 sorgu nomrali xx.xx.2024-cü il tarixli cömrük bəyannaməsi tertib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və diger senadlərin araşdırılması zamanı məlum olmuşdur ki, "Azəri M-İ Drilling Fluids” MMC-nin ünvanına Türkiyədən idxal edilmiş yüklərə dair Azerbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gomrük sərhədini keçənədək elektron qaydada qisa idxal bayannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı "Azəri M-İ Drilling Fluids” MMC-nin ünvanına Turkiyədən idxal edilmiş malların daşındığı 04AAP906/04D5470 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə, saat 01:15-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********4958 sorğu nömrəli xx.xx.2024-cu il tarixli qisa idxal bayannaməsi 06.08 2024-cü il tarixdə saat 10:26da gömrük orqanına təqdim edilmişdir. Araşdırma zamanı, "Azərı M-İ Drıllıng Fluids” MMC-nin Techizat şöbəsinin meneceri Rehimov Rüfətin ***-***-**-** mobil nömrosi ile elaqe saxlanılmışdır. "Azərı M-İ Drıllıng Fluids” MMC-nin Təchizat şöbəsinin meneceri Rəhimov Rüfət çağırışa gələ bilməyəcəyini qisa idxal bəyannaməsinin gec tartib edildiyinden melumatlı olduğunu, inzibati xəta haqqında protokolun ve İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barade qerardadın onun iştirakı olmadan tertib edilməsini, qərardad va protokolun suratinin "Azərı M-İ Drıllıng Fluıds” MMC-nin unvana göndərilməsini xahiş etdi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi hallan istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük organlarına elektron formada qisa idxal bəyannaməsi verilir. Qısa idxal bayannaməsinin məsuliyyətinə səbəb olur, lakin gömrük verilməməsi bayannaməçinin inzibati rasmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Hamin bəyannaməsində risklərin təhlili, gömrük məcəllənin 113.2-ci maddəsindəqısa idxal nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddesinde ise qisa idxal boyannamesinin malumatların elektron omal üsullarından istifadə olunmaqla, elektron sonod formasında taqdim edildiyi göstərilmisdir. Azerbaycan Respublikası İnzibati Xətalar Məcəllesinin 485.2-ci maddesine esasen Azerbaycan Respublikasının Gömrük Macallesi ile müeyyen edilmis hallarda qısa idxal bayannamasinin mallar gömrük ərazisina verilməməsinə görə inzibati məsuliyyat müeyyen edilir. "Gömrük sərhədindən keçirilən malların ve nagliyyat vasitelerinin bəyan edilməsi Qaydaları"nın tesdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifade edilməklə teqdim olunan qisa idxal bayannaməsi mallar gömrük sarhadini keçənədək təqdim edildiyi qeyd edilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl Azarbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Formanının 2.2- dahliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" tesdiq edilməsi haqqında ci bandina asasan disa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar aks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/028/021092 nömrəli xx.xx.2024-cü il tarixli raport, **********8322 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi, **********4958 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli qısa idxal bayannaməsi Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursundan çıxarışlar, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs MMC-nin və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: AZ1063, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar