Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2692/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi X6 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı icra sənədinə əsasən ümumilikdə 9240 manat məbləğində aliment borcu ödənilməmişdir. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-1915/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Bank Respublika ASC-yə 14803,81 manat və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Access Bank QSC-yə 18725,23 manat kredit borcu hazırki tarixədək ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı icra sənədinə əsasən ümumilikdə 9240 manat məbləğində aliment borcu ödənilməmişdir. Bundan əlavə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)- 1915/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Bank Respublika ASC-yə 14803,81 manat və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Access Bank QSC-yə 18725,23 manat kredit borcu hazırki tarixədək ödənilməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, hazırki tarixədək üç icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Həmçinin borclu dəfələrlə çağırışlara gəlmədiyi üçün onun işsiz olub-olmaması ilə bağlı məlumatı olmamışdır, bu səbəbdən onun işlə təmin olunmasına dair hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, bəzən həvəskar idman oyunlarının çəkilişi və şərhi ilə məşğul olaraq gəlir əldə edir. Atası tərəfindən hər ay tələbkara uşaqların maddi ehtiyacları üçün dəstək olunur, bundan sonra aliment ödənişlərindən və digər borc ödənşlərindən yayınmayacaqdır. Həmçinin valideynləri tərəfindən də uşaqların təminatına köməklik göstəriləcəkdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən tələbkar X11 öz izahatında bildirmişdir ki, borclu ilə nikaha xitam verildikdən sonra uşaqların saxlanılmasında qayınatası tərəfindən maddi dəstək edilmiş, aylıq 250 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan ödənişlər aliment borcu ilə bağlı olmadığından aliment ödənişi olaraq qəbul etmir. Borclu ilə öhdəliklərini icra edəcəyinə dair razılıq əldə etdiyi üçün bu barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X12 çıxış edərək bildirdi ki, tələbkara borclunun atası tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, bu vəziyyətin borclunun öhdəliyini heç icra etməməsi kimi qiymətləndirmək ədalətli hesab edilməməlidir. Hazırda borclunun üç icra sənədi üzrə öhdəlik daşıdığını, maddi vəziyyətinin ağır olduğunu və bu səbəbdən ailəsinin maddi dəstəyi ilə ödənişləri edəcəyini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 16974,04 manat kredit borcu, 1564,37 faiz borcu, 40 manat cərimə borcu və 146,82 manat dövlət rüsumu olmaqla cəmi 18725,23 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı Access Bank QSC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 220 manat, 440 manat sabit pul məbləğində tutularaq iddiaçı X8 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-1915/2023 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X9 müştərək qaydada 13090.64 manat məbləğində əsas kredit borcu, 1528.71 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 50 manat məbləğində cərimə, cəmi 14669.35 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 134.46 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2(002)- 1915/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı icra sənədinə əsasən ümumilikdə 9240 manat məbləğində aliment borcu ödənilməmişdir. Bundan əlavə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-1915/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Bank Respublika ASC-yə 14803,81 manat və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı icra sənədinə əsasən kredit müqaviləsi üzrə iddiaçı Access Bank QSC-yə 18725,23 manat kredit borcu hazırki tarixədək ödənilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tələbkarın xeyrinə aylıq 250 manat məbləğində pul ödənişi borclunun ailə üzvləri tərəfindən həyata keçirilmiş və uşaqların saxlanılmasına maddi dəstək göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(002)-458/2023 saylı və xx.xx.2023-cü il tarixli, e-2(002)-1915/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan borclu və tələbkar tərəfindən məhkəmə iclasında təqdim olunmuş ərizələrdən görünür ki, borclu hər ay 600 manat olmaqla aliment borcunu və 70 manat məbləğində digər icra sənədləri üzrə ödənişləri həyata keçirilməsini öhdəliyə götürdüyündən, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə borclunun üzərinə düşən aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin hazırda rəsmi gəlir əldə etdiyi yer olmadığından onun ailə üzvləri azyaşlı uşaqların sosial təminatında bilavasitə iştirak etmişlər. Azyaşlı uşaqlar diqqət və qayğıdan kənar qalmamışlar, tələbkarın xeyrinə ödənişlər edilmişdir. İcra şöbəsi tərəfindən borclunun işlə təmin olunması üçün məşğulluq orqanına müvafiq müraciət olunmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun aliment borcunun ödənilməsindən qərəzli şəkildə yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Həmçinin, tələbkar özü məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində hər hansı inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir ona görə cərimə tənbeh növü borclunun üzərində olan aliment borcunun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə borclunun vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2692/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2692/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver