Məhkəmə qərarları › İş №3(002)-2693/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2693/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2693/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən İXM-nin 338.1.2-ci maddəsi ilə 20 manat miqdarında inzibati cərimə edilmişdir. Belə ki, X1 dairəsi kimi tanınan ərazidə piyada hərəkət etdiyi vaxt heç bir nəqliyyat vasitəsinə mane olmadan yolu keçərkən YPX əməkdaşı tərəfindən barəsində protokol tərtib edilmişdir. Qeyd edir ki, həmin ərazidə piyada keçidi yoxdur və ünvana çatmaq üçün hansı yol ilə getsə də qayda pozmuş olacaqdır. Yolun həmin hissəsindən gün boyu bir çox piyada keçir, lakin onların heç bir məsuliyyətə cəlb edilmirlər. Göstərdiyi faktları nəzərə alaraq, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətini müdafiə etdiyini, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, yolu piyada zolağı müəyyən edilmiş hissədən keçməməsinə səbəb az məsafə qət etmək istəməsi ilə bağlı olmuşdur. O, həmçinin bildirmişdir ki, onun kimi bir sıra vətəndaşlar qarşı tərəfə məhz o hissədən keçirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi rəsmi bildirişlə məlumatlandırılmasına baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üzrlü səbəbəri barədə məlumat verilməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla şikayətçi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD diskə yerləşdirirlmiş videogörüntüdən müəyyən olunur ki, X4 yolun piyada zolağı olmayan hissəsindən keçmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Qərardan şikayət vermiş X4 yolun piyada zolağı olmayan hissəsindən keçmişdir. Belə ki, şikayətçi X4 xx.xx.2024-cü il tarixdə saat 12:23-də yolda yolun piyada zolağı olmayan hissəsindən keçməklə və yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmaqla nəticədə inzibati xəta hadisəsini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cü maddəsinin 1ci bəndinə əsasən piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsinə əsasən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. 01 ədəd DVD diskə yerləşdirilmiş görüntülər iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. 01 ədəd DVD diskə yerləşdirilmiş görüntülər iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar