Məhkəmə qərarları › İş №3(002)-27/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-27/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-27/2022 21.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, 10 avqust 1998-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* №-li 20 noyabr 2021-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs protokol üzrə TP ******* saylı,12 avqust 2021-ci il tarixli qəbul edilmiş inzibati cərimə növündə qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra edilməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolun qanunsuz olduğunu bildirərək göstərmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar cərimələri 08 dekabr 2021-ci il tarixdə ödəmiş və bu barədə müvafiq qəbzləri Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-na təqdim etsə də, buna heç bir əhəmiyyət verilməyərək barəsində qanunsuz protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Sumqayıt Şəhər Polis İdarəsinə rəsmi məlumat verilsə də həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Lakin Şəxs tərəfindən cərimə ödənildiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli ********** saylı mədaxil qəbzlərindən aydın olur ki, Şəxs üzərində olan EQ ******* saylı və İXP ******* saylı qərarlar üzrə cərimələr ödənmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və 529.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar