Məhkəmə qərarları › İş №3(002)-2705/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2705/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2705/2025 17.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 34480 manat aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi və hər uşaq üçün hər ay 127 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 08 noyabr 2006-cı il təvəllüdlü X7 və 30 iyun 2013-cü il təvəllüdlü X2 üçün cavabdeh Şəxs hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimnet tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. Borclu ödənişləri həyata keçirməmiş, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Hazırki tarixə aliment borcu 34480 manat təşkil edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və axtarışda olduğundan şəxsiyyət vəsiqəsini bərpa etmədiyindən heç bir yerdə işə qəbul edilməmişdir. Ona görə də ödəniş edə bilməmişdir. Hazırda şəxsiyyət vəsiqəsini yeniləyib işə girmək niyyətindədir. Bundan sonra aliment ödənişlərini həyata keçirəcəkdir. Maddi vəziyyətində baş vermiş çətinlikləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Hazırki iclasda isə ödəniş etmək imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar X11 bildirdi ki, alimentin tam ödənilməsini tələb edir. Əks təqdirdə isə borclu barəsində sərt inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X13 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini, gözdən əlil olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmalrı üçün hər ay qazancının 1/3 hissəsi və hər uşaq üçün hər ay 127 manat sabit pul məbləğində alimnet tutularaq tələbkar X9 ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1021/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qaradağ rayon şöbəsinin Qaradağ rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2019-cü il tarixli məktubundan görünür ki, Şəxs şöbədən 3-cü qrup əlil kimi 52,00 manat məbləğində sosial müavinət alır. Məlumat üçün bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 1021/2018 nömrəli icra vərəqəsinə əsasən şöbəyə xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olan xx/xx-229371/2 nömrəli məktuba əsasən X5 xeyrinə Şəxs sosial müavinətinin 70%-i, yəni 36,40 manat xx.xx.2019-cu il tarixdən başlayaraq tutulmuşdur. Şəxs sosial müavinətindən tutulmuş aliment məbləği ödənişi üçün vəsait büdcədən şöbəyə daxil olduqdan sonra müavinətlər və ona dair digər ödənişlərlə birlikdə icra edilir. İş materiallarında olan borclunun axtarışı haqqında Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəz filialının Qaradağ rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1733/17 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs sosial müavinətindən (s/m No 460546 Qaradağ) xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 77.0 manat, ümumilikdə 1617.0 manat məbləğində vəsait tutularaq tələbkar X1. Eyni zamanda bildirilir ki, xx.xx.2021-ci il tarixdən əlillik müddəti bitdiyindən sosial müavinət işi üzrə ödəniş dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin görünür ki, 08 noyabr 2006-cı il təvəllüdlü X7 və 30 iyun 2013-cü il təvəllüdlü X2 üçün cavabdeh Şəxs hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimnet tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Şöbəsinin “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 167930/22 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan Qaradağ RPİ 11-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Kərimov X12 rayon İcra Şöbəsinə təmin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1021/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3267/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs hazırki tarixədək 34480 manat borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Məhkəmə elektron sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs əlillik dərəcəsi üzrə müavinət alması mövcud deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 34480 manat aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişlər etməmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə icra məmurunun və tələbkarın izahatında qeyd etdiklərini və tələbkarın yığılmış borca münasibətdə cüzi ödənişi qəbul etmədiyini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, tələbkarın hazırda çətinliklə övladlarını təkbaşına böyütdüyünü, Şəxs törətdiyi inzibati xətanın hallarını, icra məmurunun çağırışlarından yayınmasını, axtarış nəticəsində polis tərəfindən icra şöbəsinə təmin edilməsini, əvvəllər tutulmuş alimentin sonuncuya təyin olunmuş əlillik üzrə müavinət hesabına həyata keçirildiyini, onun hazırki tarixə yığılmış borcunun məbləğini, tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 16 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar