Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2714/2024 06.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis leytenantı X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi, yol-patrul xidməti inspektorları, polis baş serjantı X2 və polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, müharibə veteranı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, gecə saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzinin girişində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin girişində polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində 06 sentyabr 2024-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 öz izahatında bildirmişdir ki, 06 sentyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzinin yaxınlığında 630 çağırışlı avto patrulda xidmət apararkən hərəkətdə olan “Kia” markalı, ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə siqnalıdan düzgün istfadə etdmədiyi üçün ona saxla əmri vermişdir. Sürücüyüə yaxınlaşıb törətdiyi pozuntunun nədən ibarət olduğunu bildirərkən sürücü etiraz edərək digər hərəkət iştirakçılarının da eyni pozuntunu törətdiyini bildirmişdir. Vətəndaş mobil telefonla xidməti fəaliyyəti çəkməyə başlamışdır. Bu zaman həmin əraziyə ƏÇPA-nın əməkdaşları dəvət olunmuşdur. ƏÇPA-nın əməkdaşlarının gəldiyini görən zaman avtomobildə əyləşmiş sərnişin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman onun atası, yəni sürücü polisin uniformasından tutaraq ona müdaxilə etməyə başlayaraq müqavimət göstərmişdir. Nəticədə onlar da həmin şəxsi ƏÇPA-nın polis nəfərlərinin köməkliyi ilə 10-cu PŞ-ya gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs sonradan törətdiyi əmələ görə peşiman olduğunu bildirərək polis əməkdaşlarından üzürxahlıq edərək bağışlanmasını xahiş etmişdir. Odur ki, həmin şəxs barəsində yüngül tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi, yol-patrul xidməti inspektoru, polis baş leytenantı X7 öz izahatında polis baş serjantı X2 verdiyi izahatı təsdiq edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, özü keçmiş polis əməkdaşı olmaqla X1 iştirakçısı və müharibə veteranıdır. 06 sentyabr 2024-cü il tarixdə, saat 10:50 radələrində Qaradağ rayonu, Sədərək ticarət mərkəzinin yaxınlığında oğlu ilə idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olan zaman YPX əməkdaşları onu saxlamışlar. O maşından düşüb polis əməkdaşlarına yaxınlaşmışdır. Polis əməkdaşı ona dönmə işığını yandırmadığına görə cərimə yazacağını bildirmiş, o da özünün Birinci Qarabağ, oğlunun isə ikinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirərək polis əməkdaşından xahiş etmişdir ki, cərimə yazmasın. Polis əməkdaşı ona kobud cavab vermişdir. Bu zaman aralarında mübahisə düşmüş və polis əməkdaşı maşından düşərək ona yaxınlaşaraq iki-üç dəfə onu başı ilə vurmağa cəhd göstərmişdir. Daha sonra hadisə yerinə ƏÇPA-nın əməkdaşları çağırılmışdır. Bu zaman polis əməkdaşı maşında sərnişini kimi əyləşən oğluna hücum çəkmişdir. O araya girərək polisi oğlundan uzaqlaşdırmağa çalışarkən əli ilə polis əməkdaşını kənara itələməyə məcbur olmuşdur. Bu zaman polis əməkdaşları videoçəkiliş apararaq onun guya polis əməıkdaşlarına əl qol atdığını göstərmişlər. O daha sonra öz izahatında səhvini başa düşdüyünü, polis əməkdaşlarına qarşı törətdiyi hərəkətə görə üzürxahlıq etdiyini və törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə yuxarıda göstərilən inzibati xəta hadisəsini özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı Şəxs polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara müqavimət göstərməsi və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətməsi öz təsdiqni tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 019124 saylı vəsiqənin surətindən aydın olur, Şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldən peşiman olaraq üzrxahlıq etməsini, eləcə də müharibə veteranı olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2714/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2714/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver