Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2715/2024 06.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə saat 11:00-da Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, atası Rövşən Cəfərov in idarə etdiyi avtomobil xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi ərazisində YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Yaxınlaşıb özünü təqdim edən YPX inspektoru atasına dönmə işıq göstəricisindən istifadə etməməyə görə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu protokola etiraz bildirərək atası polis əməkdaşına digər vətəndaşların da eyni xətaya yol verməsi və tənbehə məruz qalmamasını səbəb olaraq göstərmiş və protokola narazılıq ifadə etmişdir. Həmçinin Qarabağ müharibəsi veteranı olduğunu bildirərək ona güzəşt edilməsini xahiş etmişdir. Polis inspektoru atası ilə kobud rəftar edərək, onun müharibə veteranı olmasının heç bir əhəmiyyəti olmadığını bildirmişdir. Atası güzəşt edilməsi üçün polisə israr etdikdə çevik polis əməkdaşlarını hadisə yerinə dəvət etmişlər. O, atasına qarşı edilmiş kobud davranışa biganə qala bilməyərək polisə bu davranışının qanunauyğun olmadığını bildirdikdə, polis əməkdaşı onun kəmərindən tutaraq polis maşınına zorla mindirmişdir. Daha sonra 10-cu PŞ-nə gətirilmiş və bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o və atası polisə qarşı heç bir nalayiq ifadə və ya fiziki zorakılıq hərəkəti etməmiş, məsələyə müdaxilə etməməsi və ərazidən uzaqlaşması barədə polis əməkdaşlarının göstərişlərinə tabe olmamışdır. Bundan əlavə, o müharibə veteranıdır. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində YPX əməkdaşları Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi yaxınlığında xidmət apararkən hərəkətdə olan “Kia” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rövşən Cəfərovu dönmə işıq göstəricisindən istifadə etmədiyi üçün saxlanılmışdır. Sürücüyə törətdiyi inzibati xətanı izah etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. X5 buna etiraz edərək digər sürücülərin da bu xətaya yol verməsinə baxmayaraq, onların barələrində tədbir görülmədiyini bildirmiş, müharibə veteranı olduğu üçün güzəşt edilməsini istəmişdir. O isə Rövşən Cəfərova hər bir vətəndaşın öz əməlinə görə məsuliyyət daşıdığını və qanun qarşısında bərabər olmasını bildirmişdir. Vətəndaş narazılığını daha yüksək səslə bildirərək polisin ünvanına, işgüzar nüfuzuna ictimai yerdə nalayiq sözlər söyləmiş, onlara əl qaldırmışdır. Bu zaman onun oğlu Şəxs müdaxilə edərək eyni qanunsuz hərəkətləri davam etdirmişdir. Qanuni tələblərə tabe olmadıqlarında isə hadisə yerinə çevik polis əməkdaşları cəlb edilmiş və onların polis şöbəsinə aparılması təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X4 digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportuna əsasən xx.xx.2024-cü il tarixdə saat 11 radələrində YPX əməkdaşları Qaradağ rayonu Sədərək Ticarət Mərkəzi yaxınlığında xidmət apararkən hərəkətdə olan “Kia” minik markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rövşən Cəfərov dönmə işıq göstəricisindən istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Sürücüyə törətmiş olduğu inzibati xətanı izah edərək, barəsində inzibati xətaya dair protokol tərtib etmişdir. X5 buna etiraz edərək digər vətəndaşların da bu xətaya yol verməsinə baxmayaraq onların barələrində tədbir görülmədiyini bildirmiş, müharibə veteranı olduğu üçün güzəşt edilməsini istəmişdir. O isə Rövşən Cəfərova hər bir vətəndaşın öz əməlinə görə məsuliyyət daşıdığını və qanun qarşısında bərabər olmasını bildirmişdir. Vətəndaş narazılığını daha yüksək səslə bildirərək polisin ünvanına, işgüzar nüfuzuna ictimai yerdə nalayiq sözlər söyləmiş, onlara əl qaldırmışdır. Bu zaman onun oğlu Şəxs müdaxilə edərək eyni qanunsuz hərəkətləri davam etdirmişdir. Qanuni tələblərə tabe olmadıqlarında isə hadisə yerinə çevik polis əməkdaşları cəlb edilmiş və onların polis şöbəsinə aparılması təmin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Şəxs polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD diskdən görünür ki, Qaradağ RPİ-nin DYPŞ əməkdaşları tərəfindən qeydə alınmış və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə Şəxs polislə mübahisə etməsini və narazılıq ifadə etməsi aydın olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab olunur. Qaradağ RPİ-nin DYPŞ əməkdaşları tərəfindən qeydə alınmış və məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə Şəxs polislə mübahisə etməsini və narazılıq ifadə etməsi aydın olur. Lakin onun əməlində hər hansı ictimai qaydanı pozan, zor tətbiq olunması ilə müşayiət olunan eləcə də digər vətəndaşların hadisə yerinə toplaşmasına səbəb olan hər hansı əməli müəyyən olunmur. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs polisin xidmət aparmasına etiraz edərək, onların avtomobilə əyləşməsi ilə bağlı göstərişlərinə məhəl qoymamış və mübahisəyə davam etmişdir. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin polisin qanuni tələbinə tabe olmaması, onun xidmət aparmasına mane olması şahid ifadələrində öz əksini tapmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi gənc olmasını, müharibə veteranı olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin 01 ədəd DVD disk iş materialında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsii ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. 01 ədəd DVD disk iş materialında saxlanılsın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2715/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2715/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver