Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2717/2020 21.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Novxanı qəsəbəsində yerləşən “Novxanı” marketdə satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” 1 ev 12 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx xxxxx 2020-ci il tarixdə verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx xxxxx 2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4350 (dörd min üç yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat olmaqla, cəmi 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra sənədi şöbəyə daxil olduqdan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Borclu satıcı vəzifəsində işləməklə 250 manat əmək haqqı alsa da borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq adiyyəti orqana göndərilmişdir. Borclu icra sənədi üzrə öhdəliyini icra etmədiyinə görə xx xxxxxxxx 2020-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respubliaksı İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Borclu Şəxs icra sənədi üzrə yaranmış 4850 manat ümumi borcundan cəmi xx.xx.2020-ci il tarixdə 500 manat X1nun xeyrinə ödəniş etmişdir. Borclu axtarış qərarına əsasən xx.xx.2020-ci il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş və həmin tarixdə onun izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi səhhətində olan problemlər və Pandemiya dövründəki işsizlik olduğunu göstərmişdir. Göründüyü kimi borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X1 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədi üzrə yaranmış borc öhdəliklərini vaxtında tam icra etməyərək qeyd olunan borcunu ödəməkdən yayınmışdır. Şəxs şikayətçidir, borclu xx.xx.2020-ci il tarixdə 500 manat ödəsə də həmin məbləğlə razı deyildir. Ona görə ki, borclunun hazırda ona münasibətdə ödəməli olduğu borc 4350 manat təşkil edir. Ona görə də sonuncu barəsində maddənin sanksiyası həddində ən sərt inzibati tənbeh tədbirinin, yəni inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, icra sənədinin icrasından qəsdən boyun qaçırmır. İcra sənədinin icrası üçün təşəbbüs göstərir. Axırıncı dəfə xx.xx.2020-ci il tarixdə 500 manat X1nun xeyrinə ödəmişdir. Bundan başqa artıq 4 gündür ki, 250 manat müqabilində “Novxanı” marketdə satıcı işinə düzəlib. Əmək haqqısını aldıqdan dərhal sonra tələbkarın xeyrinə ödəniş edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx xxxxx 2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4350 (dörd min üç yüz əlli) manat və mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat olmaqla, cəmi 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-433/2020 saylı, xx.xx.2020-ci tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarış haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, barəsində axtarış işi olan Yusifov X6 rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli,3(002)- 1189/2020 nömrəli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respubliaksı İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun, tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını tam təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-433/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək icra sənədinin tam icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına səhlənkar yanaşaraq öhdəliyini tam və vaxtında icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxx 2020-ci il saat 15:45dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il saat 15:45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-2717/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2717/2020
21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver