Məhkəmə qərarları › İş №3(002)-2719/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2719/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2719/2024 09.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:09-da “Mercedes Benz V-Klass” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, o, İXM 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün yenidən avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:09da “Mercedes Benz V-Klass” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, o, İXM 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün yenidən avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində yüngül tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən YPX əməkdaşları tərəfindən dönmə işıq göstəricisindən istifadə etməməyə görə saxlanılmış, daha sonra inspektor onun sərxoş vəziyyətdə olmasından şübhələnmişdir. Alkotester vasitəsilə yoxlanılan zaman nəticə mənfi çıxmasına baxmayaraq, Sumqayıt şəhəri ərazisində yerləşən narkoloji dispanserə yenidən analiz vermək üçün cəlb edilmişdir. Orada verilən analiz zamanı onun marixuana istifadə etməsi müəyyən edilmişdir. Lakin, o narkotik vasitədən istifadə etmədiyini, 2 gün öncə iştirak etdiyi toy məclisində olan digər şəxslərin istifadə etdikləri marixuananın tüstüsünə məruz qaldığı üçün analiz nəticəsinin pozitiv olduğunu ehtimal etdiyini bildirmişdir. Yaşını, bir müddət əvvəl cərrahiyə əməliyyatı keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 çıxışında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs narkotik vasitənin istifadəçisi və ya aludəçisi olmadığını bildirmişdir. Belə olduğu halda onun narkotik vasitənin sərxoşluğu altında olub-olmadığı qeyrimüəyyəndir. İnzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığını hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 4742 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və o, 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 01 ədəd DVD diskə əlavə edilmiş videogörüntülərdən aydın olur ki, narkoloji dispanserdə olarkən Şəxs müvafiq analiz götürülmüş, sərxoşluğun müəyyən edilməsi məqsədilə analizin yerləşdiyi qaba üç test çubuğu (heroin, metamfetamin, marixuana növlərinin müəyyən edilməsi üçün) yerləşdirilir, həmin test çubuqlarının yalnız birində, marixuana növündə narkotik vasitəni müəyyən edən test pozitiv nəticə göstərmiş və bununla da onun məhz marixuana növündə olan narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Həmçinin, polis inspektoru tərəfindən ona İXMnin 333-1.2-ci maddəsinin dispoziyasında sadalanan əmələ görə nəzərdə tutulmuş inzibati təhbeh barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:09-da “Mercedes Benz V-Klass” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, o, İXM 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün yenidən avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, Şəxs ondan götürülən analizin müayinəsi zamanı marixuana növündə narkotik vasitədən istifadə etməsini müəyyən edən testin pozitiv nəticə göstərməsi ilə bağlı iki gün əvvəl iştirak etdiyi toy məclisinin digər qonaqlarının istifadə etdiyi marixuananın tüstüsünə məruz qalması barədə izahatını isə müdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, yaşını, sağlamlıq və ailə vəziyyətini nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması və cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 333-1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar