Məhkəmə qərarları › İş №3(002)-272/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-272/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-272/2023 06.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4140 manat məbləğində və 400 ABŞ dolları məbləğində pul, habelə 10 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Hal-hazıradək borclu tərəfindən iddiaçının xeyrinə 1450 manat ödəniş edilmiş, ödənilməmiş məbləğ 3380 manat təşkil edir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin işləmədiyi və maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilmir. 2019-cu il üzrə 1000 manat, 2022-ci il üzrə 450 manat olmaqla ümumilikdə 1450 manat borcundan ödəmiş, 3380 manat isə ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X1 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4140 manat məbləğində və 400 ABŞ dolları məbləğində pul, habelə 10 manat məbləğində dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. Hazırki vaxtadək icra sənədinin icrası tam təmin edilməmişdir. Borcunun tam həcmdə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, borclu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4140 manat məbləğində və 400 ABŞ dolları məbləğində pul, habelə 10 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6845/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, Məmmədova (Rüstəmova) Əfsanə Fərman qızından 4140 manatın və 400 ABŞ dollarının, habelə 10 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2018-ci il tarixdə borclu Şəxs göndərilmiş, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında 04 fevral 2019-cu il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 12 sentyabr 2019-cu il tarixli, 069-30251/1219 nömrəli məktubun surətindən görünür ki, barəsində axtarış işi açılmış Şəxs müvafiq tədbir görülməsi üçün şöbəyə təhvil verilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında 27 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 8(002)-51/2022 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 18 fevral 2022-ci il tarixli, 069-2594/1222 nömrəli məktubun surətindən görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli, 30115/22 qeydiyyat nömrəli Mülki axtarış işi açılmışdır. Şəxs olduğu yerin müəyyən edib Qaradağ rayon icra şöbəsinə təhvil verilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 06 fevral 2023-cü il tarixli, 48-1/2-752 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə mülki hüquqi öhdəliklərin icrasından yayınan borclu fiziki şəxs kimi barəsində axtarış elan olunmuş Şəxs saxlanılaraq aidiyyəti üzrə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-2090/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs əməlində İMX-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. İş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli qəbzdən görünür ki, X5 borclu Şəxs 500 manat qəbul etmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, X5 borclu Şəxs 300 manat qəbul etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən X2 xeyrinə xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 40 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli poçt göndərişlərindən görünür ki, Şəxs tərəfindən X2 xeyrinə ümumilikdə 450 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-164/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar