Məhkəmə qərarları › İş №3(002)-2720/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2720/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2720/2024 04.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Lənkəran rayonu, Bəlləbur kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2024cü il tarixdə saat təxminən 09:30 radələrində Şəxs idarə etdiyi Ford Transit markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TMnin giriş hissəsində yerləşən dairəyə daxil olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədiyindən avtomobilin qarşı sol hissəsi ilə dairədə hərəkətdə olan X3 idarə etdiyi "X15" markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Nəticədə “Ford Transit" markalı avtomobildə sərnişin qismində əyləşmiş X6 və X4 yüngül dərəcəli bədən xəsarətləri almışdırlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X1 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Şəxs idarə etdiyi Ford Transit markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə daxil olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədiyindən avtomobilin qarşı sol hissəsi ilə dairədə hərəkətdə olan X3 idarə etdiyi "X15" markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Nəticədə “Ford Transit" markalı avtomobildə sərnişin qismində əyləşmiş X6 və X4 yüngül dərəcəli bədən xəsarətləri almışdırlar. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı X2 ilə Bakı şəhərinə gəlmiş, yolda digər tanışı X5 götürüb saat təxminən 09:30 radələrində Lökbatan-Meyvəli yolu ilə üzü Meyvəli TM istiqamətində saatda təxminən 20-30 km sürətlə hərəkətdə olmuşdur. Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə yaxınlaşarkən sürətini daha da azaltmışdır ki, sağa doğru yəni Sədərək TM-nə girsin. Bu zaman dairədə hərəkətdə olan "Jeep" markalı avtomobilin onu gözləmədən dairədə hərəkətini davam etdirdiyini görüb, əyləcə basıb avtomobili daha da sağa çəkmış, lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qarşı sol hissəsi ilə həmin avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Hadisə zamanı özü heç bir xəsarət almamış, lakin avtomobildə sərnişin qismində əyləşən Nazpəri və Sevda müxtəlif xəsarətlər aldığı üçün hadisə yerinə çağırılan təcili tibbi yardım qrupu ilə Bakı şəhərində yerləşən 1 saylı KTM-nə aparılmışdırlar. Hər ehtimala qarşı orada müayinə olunmuş və ciddi xəsarəti olmadığı bildirilmişdir. Daha sonra qadınlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdırlar. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı Şəxs idarə etdiyi Ford Transit markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmiş, yolda bibisi qızı X5 götürüb saat təxminən 09:30 radələrində Lökbatan-Meyvəli yolu ilə üzü Meyvəli TM istiqamətində hərəkətdə olmuşlar. Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə yaxınlaşarkən əyləşdiyi avtomobilin qarşı sol hissəsi ilə digər avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində baş nahiyyəsindən xəsarət almışdır. Hazırda onun müalicə xərcləri Şəxs tərəfindən qarşılanmışdır. Bu səbəbdən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxs X4 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanışı Şəxs idarə etdiyi Ford Transit markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmiş, yolda bibisi qızı X5 götürüb saat təxminən 09:30 radələrində Lökbatan-Meyvəli yolu ilə üzü Meyvəli TM istiqamətində hərəkətdə olmuşlar. Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə yaxınlaşarkən əyləşdiyi avtomobilin qarşı sol hissəsi ilə digər avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində ayaq nahiyəsindən xəsarət almışdır. Hazırda onun müalicə xərcləri Şəxs tərəfindən qarşılanmışdır. Bu səbəbdən ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmənin iclasında iştirak edən zərərçəkmiş şəxs X9 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Şəxs idarə etdiyi Ford Transit markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə daxil olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədiyindən avtomobilin qarşı sol hissəsi ilə dairədə hərəkətdə olan onun idarə etdiyi "X15" markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən zəruri tədbirlər görülmüşdür. Lakin Şəxs hadisə baş verən tarixdən hazırkı vaxtadək vurulmuş zərərin sığorta şirkəti tərəfindən qarşılanacağına əsaslanaraq, ümumiyyətlə onun və avtomobilinin vəziyyəti barəsində maraqlanmamışdır. Yol-nəqliyyat hadisəsi baş verdiyi vaxtdan iki aydır ki, avtomobilinin təmir olunmasını gözlədiyi üçün avtomobildən istifadə edə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 487 saylı rəyindən görünür ki, S.E.Nurullazadənin məhkəmə tibbi ekpsertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sol sağrı nahiyəsinin dərialtı hematoması, sağ diz oynağının qançır və sıyrığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X14 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 488 saylı rəyindən görünür ki, N.Z.Kərimovanın məhkəmə tibbi ekpsertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət başın ənsə nahiyəsinin dərialtı hematoması bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X14 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli, 2/41001 protokola əsasən Şəxs alkoqol qəbulu əlamətləri yoxdur və o, ayıqdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09:30 radələrində Şəxs idarə etdiyi Ford Transit markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin giriş hissəsində yerləşən dairəyə daxil olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etmədiyindən avtomobilin qarşı sol hissəsi ilə dairədə hərəkətdə olan X3 idarə etdiyi "X15" markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sağ hissəsi arasında toqquşma baş vermişdir. Nəticədə “Ford Transit" markalı avtomobildə sərnişin qismində əyləşmiş X6 və X4 yüngül dərəcəli bədən xəsarətləri almışdırlar. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, zərərçəkmiş şəxslərin izahatlarını və Şəxs törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar