Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2722/2025 29.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 noyabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, vətəndaş Şəxs 08 sentyabr 2025-ci il tarixdə özünə məxsus “X1” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən “Araz” marketin qarşısında velosipedlə hərəkətdə olan Zərərçəkmiş şəxs vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində qəbul edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, qeyd olunan hadisədə onun heç bir təqsiri olmamışdır. Belə ki, o velosipedçini gördükdən sonra avtomaşını saxlamış, lakin velosiped sürücüsü özü gəlib avtomaşına dəyərək yıxılmışdır. Həmin ərazidə videokameralar mövcud olsa da, həmin kameralar müəyyən edilərək baxılmamış, eləcə də onun təqsiri olması ilə bağlı hər hansı ekspertiza təyin edilməmişdir. Odur ki əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində Qaradağ RPİ-yə və Zərərçəkmiş şəxs məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsinin Qaradağ RPİ-də araşdırılması çox səthi aparıldığından və natamam olduğundan inzibati material yenidən araşdırmanın aparılması məqsədilə Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı fotoşəkillərdən də göründüyü kimi hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq videogörüntülərin əldə edilərək baxış keçirilməsi məqsədilə hər hansı bir təşəbbüs göstərilməmiş, hadisənin şahidi olmuş şəxslərin dairəsi müəyyən edilərək dindirilməmiş eləcə də baş vermiş hadisə ilə əlaqədar “yol-nəqliyyat hadisəsinə dair” ekspertiza təyin eilərək keçirilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı işdə olan imzalanmamış raportda göstərilmişdir ki, vətəndaş Şəxs sürücülük vəsiqəsini naməlum şəraitdə itirdiyi üçün həmin vəsiqənin Qaradağ rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmamlşdır. Lakin məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında sürücülük vəsiqəsinin özündə olduğunu və həmin vəsiqənin polis tərəfindən araşdırma zamanı ondan tələb edilmədiyini bildirmişdir. Göründüyü kimi qeyd olunan çox səthi bir araşdırma aparılmışdır ki, bununla da şəxsin təqsirli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ RPİ-yə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2722/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2722/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver