Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2724/2020 25.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, xx.xx.1968-ci ildə Gədəbəy rayonunun, Kiçik Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evil, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonunun, Kiçik Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Qaradağ rayon İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il Bakı şəhər Qaradağ rayon İdarəsinin 11-ci Polis Bölməsindən Şəxs barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə qeyri qanuni sərnişin daşıma ilə məşğul olaraq vətəndaşları karantin postundan keçirməyə cəhd etmişdir. Məhkəmə iş üzrə materialı araşdıraraq hesab edir ki, barəsində protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilmədiyi üçün protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, protokolda inzibati xətanın törədildiyi yer göstərilməmişdir. Səlahiyyətli orqanın vəzifəli şəxsi inzibati xəta hadisəsinin “xx xxxxxx 2020-ci il tarixdə baş verdiyini göstərməklə kifayətlənilmişdir. Halbuki, İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat protokolda əks olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru polis leytenantı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-2724/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2724/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver