Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2734/2025 18.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan FİN (4V2D7C7) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 18 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-1264/2013 saylı xx.xx.2013-cü il tarixli və 2(002)- 2197/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqələrinə əsasən Şəxs müvafiq olaraq 140 manat və 272 manat olmaqla pul tutulmaqla tələbkar X5 xeyrinə ödənilməlidir. Nəticədə Şəxs 30458 manat manat borcu yaranmışdır. Məhkəmə iclası zamanı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, borclunun ümumi 30458 manat borcu yaranmışdır. Borclu barəsində 1 dəfə 500 manat məbləğində cərimə, 3 dəfə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan 6 (altı) ay əvvəl tələbkar şikayət etmiş, borclu barəsində axtarış elan olunmuşdur. Sonuncu dəfə 2025-ci ilin fevral ayında 20 manat ödəniş etmişdir. Borclunun adında hər hansı əmlak aşkar edilməmişdir, habelə hər hansı əmək haqqı yoxdur, iş yeri yoxdur, günəmuzd fəhlə işləyir, günlük qazancı 10-20 manat təşkil edir. Məşğulluğa müraciət olunmamışdır. Qeyd etməyi zəruri hesab edir ki, borclu bu gün tələbkara 500 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, heç bir yerdə işləmədiyindən bu qədər borcu yaranmışdır. İmkanı olmadığı üçün, yəni işsizlik ucbatından aliment ödənişini edə bilməmişdir. Qaynatası rəhmətə getdiyindən çağırışlara gələ bilməmişdir. Ödəniş üçün vaxt istəyir. Belə ki, aylıq 300 manat ödəyə bilər. Torpaq sahəsi var, onu satıb ödənişi edə bilər. Sırağagün 10 manat, bu gün isə 500 manat ödəniş etmişdir. Himayəsində 4 (dörd) azyaşlı uşaq olduğunu bildirmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişatında tələbkar X9 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar X9 borclu Şəxs tərəfindən ona hər ay 200 manat ödəniş edilsəydi şikayət etməyəcəyini, hər ay ona 10-15 manat göndərən şəxsin bu gün ona 500 manat ödəniş etdiyini, ödənişi tam tələb etdiyini və borclu Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 2(002)-1264/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qətnaməsi üzrə 21 yanvar 2014-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, Şəxs 28 avqust 2013-cü il tarixdən başlayaraq 31 may 2009-cu ildə doğulmuş X4 və 24 iyul 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 70 manat olmaqla, iki uşağa görə cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1264 saylı, 2014-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-1264 saylı, 21 yanvar 2014-cü il tarixdə verilmiş icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 3(002)-359/2014 saylı, 07 iyul 2014-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 dekabr 2016-cı il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 226/2017 saylı qərarının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 3(002)-120/2017 saylı, 03 aprel 2017-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2197/2017 saylı, 28 aprel 2017-ci il tarixdə verilmiş icra vərəqəsi üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-2197/2017 saylı, 28 aprel 2017-ci il tarixdə verilmiş icra vərəqəsində göstərilən tələbin könüllü icra edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı barədə qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon icra şöbəsinin icra məmuru X1 tərtib etdiyi 18 dekabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan ayın olur ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 2(002)-1264/2013 saylı xx.xx.2013-cü il tarixli və 2(002)-2197/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinə əsasən X7 ödəməli olduğu aliment borcunu 30458 manat təşkil edir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin fakt icra sənədi, icraata başlamaq haqqında qərar, borcluya göndərilmiş bildiriş, borclunun izahatı və borclu barədə olan elektron sorğu ilə təsdiq edilir. Protokol tərtib edilən zaman borclu hal-hazırda imkansızlıq səbəbindən aliment borcunu ödəyə bilmədiyini, hər ay 300 manat ödəyə biləcəini qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanında 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58- 1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə əsasən rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, borclu tərəfindən yaranmış aliment borcunun məbləğinin 29958 manat (bu günün tarixinə ödənilən 500 manat məbləğində pul ümumi borcdan çıxılmışdır) olmasını, tələbkar X5 aliment borcunun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 18 dekabr 2025-ci il tarixdən, saat 14:40-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-2734/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2734/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver