Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-274/2023 07.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, nömrəsiz fərdi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 31 yanvar 2023-cü il tarixli İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 31 yanvar 2023-cü il tarixdə, saat 13:15-də “Toyota Prius” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan şossesi, Aqrovst Ticarət Mərkəzi dairəsi ərazisində saxlanılmış, bu zaman onun yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməməsi, yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınması və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurması faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 13:15 radələrində İXM-nin 327.1-ci, 327.6-cı və 333.3-cü maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edəərk göstərmişdir ki, DİN-in ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri, polis baş serijantı Rəşad Məmmədov və polis serijantı Elmin Məmmədov 31 yanvar 2023-cü il tarixdə, saat təxminən 13:20 radələrində 102 zəng xidmətinin verdiyi məlumatla “Lökbatan dairəsi”ndən qəsəbə istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili yoldan qəsdən kənarlaşdıraraq onun qəza etməsinə səbəb olduğunu və hadisə yerindən qaçmağa cəhd göstərdiyini, lakin vətəndaşlar tərəfindən saxlanıldığı məlumatını almışlar. Onlar hadisə yerinə yaxınlaşan zaman təqsirkar “Toyota Prius” markalı avtomobilin sürücüsünün ilk baxışdan spirtli içkinin təsiri altında olduğu, onun yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmasını, və “Mercedes” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması faktını aşkar etmişlər. Bölməyə gətirildikdə həmin şəxslərin “Toyota Prius” markalı avtomobilin sürücüsü Şəxs və yanındakı sərnişinin isə X5 olduğu müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs barəsində 31 yanvar 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. ** EL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məsğul olur. Avtomobil ona məxsus olmamaqla etibarnamə əsasında idarə edir. X8 şəhərindən tanıyır. Eləcə də onun vasitəsi ilə Firad və Paşa adlı şəxsləri tanımışdır. 31 yanvar 2023-cü il tarixdə, saat 12:00-13:00 aralığında Səbail rayonu, 20-ci sahə adlanan ərazidə bir kafedə dördü spirtli içki qəbul etmişlər. X6 qəsəbəsinə gətirmək üçün idarə etdiyi “Toyota Prius” markalı avtomobilə əyləşmişlər. Lökbatan dairəsindən Lökbatan qəsəbəsinə gələn yolda “Mercedes C-Clas” markalı avtomobil ilə toqquşmuş, daha sonra dayanmadan avtomobili sürməyə davam etmiş və bir qədər irəlidə “Toyota Prado” markalı avtomobillə toqquşmuşdur. Daha sonra “Aqrovest” adlanan yerdə idarə etdiyi avtomobilin təkəri partladığı üçün avtomobili saxlamış, bu zaman iki nəfər vətəndaş ona yaxınlaşaraq digər avtomoillə toqquşduqdan sonra nə üçün saxlamadan sürüb getdiyini soruşmuşlar. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış, avtomobildə əyləşən dostu Tahir qaçmaq istəmişdir. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2023-cü il tarixli, 2/2991 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs həmin gün saat 16:25 radələrində tibbi müayinədən keçirilərkən onda yüngül dərəcədə alkoqol sərxoşluğu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Yol-patrul xidməti haqqında Təlimat“a 18 nömrəli əlavə, “Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan aydın olur ki, “ Toyota Prius” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı, qabaq sağ qapısı, axra sağ qanadı, qabaq sağ qapısı, arxa sağ qapısı və qanadı əzilmişdir. X1 məxsus «Mercedes” markalı, ** NO *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa bamperi, qabaq sol təkəri, qabaq və arxa qapıları, sağ güzgüsü, qabaq və axra sağ qapıları əzilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsaəsn yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əasən əqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1. Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona digər əsas cəza kimi cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-274/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-274/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver