Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2744/2024 10.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, DİN-in BDYPİ-nin Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1996-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 30 avqust 2024-cü il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 28 avqust 2024-cü il tarixdə, saat 13:50-də «Ford Transit» yük markalı ** MC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 30-cu kilometrində saxlanılmış, bu zaman onun hərəkətlərində İXM-nin 327.1-ci və 333-1.3-ci maddəsinin tələblərini pozması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin Vİ tağım Yol Patrul xidməti baş inspektoru, polis mayoru X3 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, 28 avqust 2024-cü il tarixdə, saat təxminən 13:50 radələrində «Ford Transit» yük markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr etmə qaydalarını pozaraq X2 məxsus “Hyundai Elantra” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sürücü Şəxs müayinədən keçirilərkən onda psixotrop maddələrdən istifadə etməsi faktı aşkar olunmuşdur. Nəticədə sürücü Şəxs barəsində İXM-nin 327.1-ci və 333-1.3-ci maddələrinə əsasən 30 avqust 2024-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. O öz izahatında sürücünün saxlanılarkən və müayinəyə aparılarkən özünü sakit apararaq polisin qanuni tələbinə tabe olduğunu bildirərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində bir azyaşlı uşağı var. 28 avqust 2024-cü il tarixdə, saat 13:50 radələrində Bakı-Qazax-Gürcüstan yolunun 30-cu kilometrində ** MC *** dövlət qeydiyyat nişanlı «FORD TRANSİT» markalı avtomobili ilə hərəkətdə olarkən qəflətən sükan arxasında yuxulamış, sola manevr etmiş və solda hərəkətdə olan “Hyundai Elantra” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. O törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qayadaları”na əlavə, 4509 saylı, 28 avqust 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından aydın olur ki, Şəxs 28 avqust 2024-cü il tarixdə, saat 18:20 radələrində müayinədən keçirilərkən onda psixotrop maddə olan metafetamin qəbulu faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan tarixdə, saat 13:50-də İXM-nin 327.1-ci və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333-1.3-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla doqquz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 900 (doqquz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №3(002)-2744/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2744/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver