Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2751/2025 19.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və onun müdafiəçisi X1 iştirakları ilə, 01.0.1967-ci il tarixdə Laçın rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Laçın rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, N.Nərimanov adına yataqxanada yaşayan X4 Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixdə polisin ünvanına nəlayiq ifadə işlədib, ictimai qaydaları pozmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2025-ci il tarixdə X9 idarə etdiyi avtomobil ilə taksi fəaliyyətilə məşğul olan zaman polis əməkdaşı olan Nadirov Qasıma onun övladının yanında nalayiq ifadələr işlədərək həmin ərazidən uzaqlaşmışdır. Daha sonra həmin avtomobili Lökbatan qəsəbəsində gördükdən sonra Nadirov Qasım yenidən həmin avtomobilə yaxınlaşaraq xidməti vəsiqəsini göstərmiş və onun törətidiyi əmələ görə məsuliyyətə cəlb olunancağı barədə xəbərdar etmişdir. X8 isə yenidən Nadirov Qasımı təhqir edərək ictimai asayişi pozmuş və polisə tabesizlik göstərmişdir. X8 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 məhkəmə iclasında izahatında qeyd etdi ki, xx.xx.2025-ci ildə taksi fəaliyyəti ilə məşğul olan zaman Nadirov Qasım ilə qiymətdə razılaşmadıqlarını və onun avtomobilin qapısını bərk örtdüyünə görə əsəbiləşərək təhqir etmişdir. Həmin vaxt Qasım Nadirov mülki geyimdə olmuşdur. Onun polis əməkdaşı olduğunu bilməmişdir.Lakin ikinci dəfə onunla qarşılaşanda ona xidməti vəsiqəsini göstərmişdir. Qorxduğundan sürüç getmişdir. Üşüncü dəfə onun polisə aparan zaman heç bir tabesizlik göstərməmişdir.Birinci Qarabağ müharibəsinn iştirakçısı olduğunu, əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza növünün verilməsinin xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 məhkəmə iclasında bildirdi ki, X8 bilsəidi ki, X6 polsi əməkdaşıdır 1-ci dəfə bu hərəkəti etməzdi, 2-ci dəfə xidməti vəsiqə təqdim olunmuş qorxudan çıxıb getmişdir. 3-cü dəfə isə onu şöbəyə aparanda polisə müqavimət göstərməmişdir. Bu al heç nə ilə sübut olunmur. X12 müharibəsinn iştirakçısı olduğunu, əməlindən peşman olduğunu nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ Rayon Polis İdarəsinin 10-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X6 izahatında bildirdi ki, X8 xx.xx.2025-ci il tarixdə Bayıl ərazisində taksi fəaliyyəti ilə məşğul olan zaman övladının yanında ona nalayiq ifadələr işlətmişdir. Avtomobilin nömrəsini yadında saxlamış, onu Lökbatan qəsəbəsində gördükdən sonra törətdiyi əməli izah etmək üçün xidməti vəsiqəsini göstərərək yenidən yaxınlamışdır. X8 isə buna məhəl qoymaraq nalayiq ifadələr işlətmiş və polisə tabesizlik göstərərək ictimai asayişi pozmuşdur. Onu üçüncü dəfə polisə aparmaq istəyəndə tabesizlik göstərmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Rafail Tağıyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportuna əsasən xx.xx.2025-ci il tarixdə saat 07:35 radələrində işə gəlmək üçün Səbail rayon Bayıl qəsəbində Neftçi Qurbanov küçəsində dayanacaqda avtobus gözləyirdi. Bu zaman Mercedes markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlayaraq taksi lazım olubolmadığını soruşdu. O da gedəcəyi yeri ona bildirdi və o qiyməti baha dediyi üçün o ona getməyəcəiyini bildirdi. Bu zaman o acıqlanaraq avtomobili surətlə hərəkətə gətirərək avtomobilin içərisindən onun ünvanına nalayiq ifadələr işlətdi. İşə gələrkən həmin avtomobili Lökbatan ərazisində görüb ona yaxınlaşdı, o təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədərək avtomobili surətlə idarə edərək uzaqlaşdı. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1967-ci il tarixdə X8 polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 18 X8 xırda xuliqanlıq edərək polislərin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən onun əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən X4 ilk dəfə X3 qarşı etdiyi hərəkətdə onun mülki geyimdə olmasını və polis əməkdaşı olmasını bilməməsini, əməlindən peşman olmasını, məhkəmə iclas zalında onunla barışıq əldə etmək üçün bütün təşəbbüsdən istifadə etməsini, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(002)-2751/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2751/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver