Məhkəmə qərarları › İş №3(002)-2753/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2753/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2753/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs direktoru X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 dekabr 2025-ci il tarixli, 00100- 03674/25 (EP № 0170091) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 4319.13 (dörd min üç yüz on doqquz) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. İş materiallarında əlavə edilmiş Bakı Baş Gömrük İdarəsindən hüquqi şəxs “ANA-F Group “ MMC-nin ünvanına “Konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil banka olan hesablara köçürülməsinin təmin edilməsinə dair 3-33-1100/2-006897/2024 nömrəli xəbərdarlıq, 3-33-1100/2-007203/2024 nömrəli izahata çağırış, 3-33-1100/2-002507/2025 məktubları göndərilmişdir. Aparılmış araşdırma nəticəsində hüquqi şəxs “ANA-F Group “ MMC Rusiya Federativ Respublikasında fəaliyyət göstərən İP X2 adlı şəxs ilə bağlanılmış 01/2024 nömrəli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 460000 Rus rublu dəyərində malları ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 460000 Rus rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X4 izahatında bildirmişdir ki, hüquqi şəxs barəsində tərtib olunan protokoldan xəbərdar olmamışdır. Başqa ünvanda yaşadığına görə göndərilmiş xəbərdarlıq, bildiriş və çağırış məktubları onun ünvanına gəlməmişdir. İxrac olunmuş daşkəsən maşının dəyəri müvəkkil olunmuş bank hesabına köçürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq direktoru məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmanın təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin direktorunin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir. "xxxx" MMC-yə (Vöen: **********) bu barədə bildiriş məktubu göndərilmişdir. X1 Sistemində banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024-cü il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 4319.13 (dörd min üç yüz on doqquz) ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar araşdırma aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materialına əlavə olunmuş xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, hüquqi şəxs “ANA-F Group “ MMC Rusiya Federativ Respublikasında fəaliyyət göstərən İP X2 adlı şəxs ilə bağlanılmış 01/2024 nömrəli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 460000 Rus rublu dəyərində malları ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 460000 Rus rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materialına əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materialına əlavə olunmuş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs “ANA-F Group “ MMC Rusiya Federativ Respublikasında fəaliyyət göstərən İP X2 adlı şəxs ilə bağlanılmış 01/2024 nömrəli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********598 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 460000 Rus rublu dəyərində malları ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 460000 Rus rublu məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilsə də Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları üzrə inzibati xətalarla bağlı bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən məsuliyyətdən azad olmalıdır.. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********2598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 1 dəst 460000,00 Rus rublu dəyərində DKM 190/240x188(CM-89AM/1) markalı daşkəsən maşın Rusiya Federasiyasının Dətbənt şəhərinə ixrac olunmuşdur. (iş materialına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********2598 sorğu nömrəli gömrük bəyannaməsi). Belə ki, xx.xx.2024-cü il tarixdə ixrac olunmuş məhsulun dəyəri Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində (hazırki işə münasibətdə xx.xx.2024-cü il + 180 gün (6 ay) = xx.xx.2024-cü il) müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli idi. Göründüyü kimi "xxxx" MMC məhkəməyə ixrac etdiyi məhsulun dəyərinin müvəkkil olunmuş bank hesablarına məhsulun ixrac olunduğu vaxtdan 180 gün ərzində daxil olmasını təsdiq edəcək sənəd təqdim edə bilmir, bununla da inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmişdir. Lakin İnzibati orqan tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra tərtib edilmiş baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən məhkəmə hazırkı inzibati xətanı uzanan xətalar kateoqriyasına aid etmir, belə ki, bu növ xətaların törədilməsi üzrə konkret vaxt (180 gün) mövcuddur. Belə ki, məhkəmə inzibati xətanın xx.xx.2024-cü il tarixdə törədildiyi qənaətinə gələrək İXM-nin 38.1-ci maddəsinə əsasən hesab edir ki, belə olduğu halda yuxarıda qeyd olunan tarixdə bir il keçdiyinə görə hüquqi şəxs inzibati xətanın törədilməsində təqsirli bilinsə də iş üzrə başlanmış icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan iş materialına əlavə olunmuş baxış protokolunda gömrük bəyannaməsinin nömrəsini **********2598 qeyd etsə də tarixini xx.xx.2025-ci il il qeyd etmişdir. Beləliklə "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********598 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 460000 Rus rublu məbləğində vəsait "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmiş, bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş gömrük qaydaları üzrə işlərlə bağlı inzibati məsuliyyətə dair nəzərdə tutulmuş bir il keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, xətanın törədilmə müddətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 483-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: AZ1063, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs (**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar