Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2760/2025 22.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş 03 dekabr 2025-ci il tarixli, 00700- 00178/25 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VOEN:**********) tərəfindən **********4172 vǝ **********4166 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində 245 ABŞ dolları, **********8896 vǝ **********1629 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac olunan malların müqabilində 5487 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti xaricdən qaytarılmamışdır. Məhkəməyə təqdim edilmiş materiallarda Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsinə əsasən inzibati protokolun tərtib edilmə yeri və vaxtı barədə məlumat verilməsinə, eləcə də tərtib edilmiş inzibati protokolun Şəxs MMC-yə ünvanlanmış məktubların surəti əlavə edilsə də, həmin məktubların göndərilməsinə dair də heç bir sübut aşkar edilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2760/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2760/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver