Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2769/2024 12.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1962-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 7, mənzil 3 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-2606/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 12 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-2606/2021 saylı, 19 oktyabr 2021-cu il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 32500 manat borc, 30 manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat pul, cəmi 32780 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 02 dekabr 2021-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən borcdan cəmi 200 manat ödəniş edilmiş, bu günə 32580 manat borcu qalmışdır. Həmin borcu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. O öz izahatında 200 manat ödəniş edildikdən sonra tələbkarla mobil telefonla əlaqə saxladığını, tələbkar üzrülü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, borcludan borc məbləğinin tutulması üçün ona vaxt verilməsini xahiş etdiyini bildirmişdir. Borclunun icra məmurunun çağırışlarından yayınmadığını qeyd etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək borcundan cəmi 200 manat ödəmişdir. Buna səbəb heç bir yerdə işləməməklə heç bir qazancının olmamasını, maddi vəziyyətinin ağır olmasını, bundan başqa oğlunun vərəm, arvadının isə xərçəng xəstəliyindən əziyyət çəkməsini göstərmişdir. Yaranmış borcunu hisə-hissə ödməklə bağlı tələbkarla razılığa gəlmişlər. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu bu gün, yəni 12 sentyabr 2024-cü il tarixdə borcundan 200 manat ödəniş etmişdir. Bundan başqa qalan borcun ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun hal-hazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2769/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2769/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver