Məhkəmə qərarları › İş №3(002)-277/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-277/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-277/2023 08.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Daşkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mirzəzadə X4 rayon Məhkəməsinin 2(005)-4407/2022 saylı, 25 noyabr 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Nərimanov rayon məhkəməsinin 2(005)- 4407/2022 saylı, 25 noyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən, 10 mart 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs X3 xeyrinə hər ay 193 manat sabit məbləğdə alimentin tutulması, aliment məbləğinin 01 avqust 2022-ci il tarixdən başlayaraq hesablanması, ödənilməmiş dövlət rüsumu olaraq 43,16 manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən indiyədək aliment borcundan heç bir ödəniş edilməmiş, nəticədə borclunun 1158 manat aliment borcu yaranmışdır. Məhkəmə prosesi təxirə salındıqdan sonra borclu tərəfindən 500 manat aliment borcundan ödəniş edilmiş və tələbkara 658 manat məbləğində aliment borcu qalmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 07 fevral 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də tələbkar yol uzaq olduğu və maddi imkansızlıq səbəbindən məhkəməyə gələ bilməyəcəyini göstərmişdir və yaranmış aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Keçmiş arvadı X8 ilə 25 noyabr 2022-ci il tarixdə boşansalar da X5 və oğlu X2 əvvəlcə Sumqayıt şəhərinə apararaq bir ay birlikdə yaşamışlar. Daha sonra İşləmək üçün Tovuz rayonuna, ordan Ağstafaya getmiş və daha sonra təkrarən Sumqayıt şəhərinə qayıtmışdır. Bütün bu müddətdə ailəsini də özüylə aparmışdır. Son üç ayda isə keçmiş arvadından ayrı yaşamaqla azyaşlı uşağını da ona göstərmirlər. Hal-hazırda daş karxanasında fəhlə işləməklə çox az bir gəlirə malikdir. Şərait yaradılacağı təqdirdə borcundan kifayət qədər ödəniş edəcəyini bildirərək bu ödənişin edilməsnə şərait yaradılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 08 fevral 2022-ci il tarixli iclasında iştirak edən X7 aliment borcundan 500 manat ödəniş etdiyini bildirərək bu ödənişlə bağlı qəbzin surətini məhkəməyə təəqdim etmişdir. Yerdə qalan aliment borcunu isə qısa bir zamanda ödəyəcəyini bildirirərək, həmçinin heç bir gəliri və qazancının olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu məhkəmə iclasının gedişatında tələbkarın hesabına 500 manat ödəniş etmiş və qalan borcunu qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar