Məhkəmə qərarları › İş №3(002)-2771/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2771/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2771/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon Prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon prokuroru, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən qəbul edilmiş 13 sentyabr 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ rayon prokuroru, ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan və iş materiallarından görünür ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Beauty craft” gözəllik salonunda stilist-vizajist kimi masa icarəyə götürməklə 7 ay ərzində ayda 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon prokurorunun köməkçisi, X3 öz izahatında Bakı şəhəri Qaradağ rayon prokuroru tərəfindən qəbul edilmiş 13 sentyabr 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar”ı müdafiə edərək göstərmişdir ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Beauty craft” gözəllik salonunda stilist-vizajist kimi masa icarəyə götürməklə 7 ay ərzində ayda 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs izahatları, Qaradağ RPİ-nin 10-cu PŞ-də toplanmış material əsasında daxil olmuş məlumatla təsdiq edilir. Şəxs izahatında bildirmişdir ki, “mənə verilən suallara cavab olaraq bildirirəm ki, latın qrafikası ilə sərbəst yazıb oxuya bildiyimdən izahatımı həmin qrafikayla və kompiyuter vasitəsi ilə yazılmasına etiraz etmirəm. Yuxarda qeyd edilmiş ünvanda ailəmlə birlikdə yaşayıram. 13 iyul 2024-cü il tarixdə vermiş olduğu izahatımı təstiq edirəm. Verilən suallara cavab olaraq bildirirəm ki, mən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Beauty craft» adlı gözəllik salonunda təxminən 7 aydır ki, vizajist işləyirəm. Həmin salonu X5 icarə müqaviləsi əsasında götürüb işlədir. Mən salonda olan masaların birini aylıq 200 manata icarəyə götürmüşəm. Lakin Günellə heç bir müqavilə bağlamamışam. Mən işlədiyim 7 ay ərzində ayda 600 manat olmaqla ümumilikdə 4200 manat pul qazanmışam. Həmin puldan isə 7 ay ərzində ayda 200 manat olmaqla ümumilikdə 1400 manat Günelə icarə pulu vermişəm. Onuda qeyd edim ki, mǝnim vöenim yoxdur.” Odur ki, inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qəbul edilmiş qərarı qəbul etməyərək göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Beauty craft» adlı gözəllik salonunda təxminən yeddi aya yaxın vizajist işləmiş, 27 iyun 2024-cü il tarixdə salondan çıxmışdır. Həmin salonda işləməyi X5 ona təklif etmişdir. Günel onunla şərt kəsmişdir ki, gündəlik qazancının əlli faizini və əlavə olaraq hər ayın sonu 30 manat vergi ödənişini ona versin. O da bu şərtlə razılaşmış, həmin salonda masa icarəyə götürərək stilist-vizajist kimi işləməyə başlamışdır. 12-13 iyul tarixlərində keçmiş iş yoldaşı X2 ilə aralarında yaranmış mübahisə zamanı Ülviyyə onu döymüşdür. Bununla bağlı onlar Qaradağ RPİ-nin 10-cu PŞ-na izahatları alınması üçün dəvət olunmuşlar. Polis şöbəsində alınan izahat onun deyil. Belə ki, polis əməkdaşları ona izahatını oxumadan qol çəkməsini bildirmişlər. O da izahatda yazılanların nə olduğunu bilmədən qol çəkmişdir. Qaradağ rayon Prokurorluğuna izahat vermək üçün dəvət olunsa da bunun əhəmiyyətli olmadığını düşünmüş, buna görə də prokurorluğa getməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarınının izahatlarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materillarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın nəticə hissəsinə əsasən; 1.fiziki şəxs Şəxs (FİN xxxxxxx) – xx.xx.1984-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi evdə yaşayan – barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması. 2.qərarın və toplanmış materialın baxılması üçün Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə göndərilməsi. 3. qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi, 4.barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs Qaradağ rayon Polis İdarəsində verdiyi izahatında göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «Beauty craft» adlı gözəllik salonunda təxminən 7 aydır ki, vizajist işləyir. Həmin salonu X5 icarə müqaviləsi əsasında götürüb işlədir. O, salonda olan masaların birini aylıq 200 manata icarəyə götürüb. Lakin Günellə heç bir müqavilə bağlamamışdır. İşlədiyi yeddi ay ərzində ayda 600 manat olmaqla ümumilikdə 4200 manat pul qazanmışdır. Həmin puldan isə 7 ay ərzində ayda 200 manat olmaqla ümumilikdə 1400 manat Günelə icarə pulu vermişdir. Onu da qeyd etmişdir ki, VÖEN-i yoxdur.” Beləliklə, Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan alınmadan xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Beauty craft” gözəllik salonunda stilist-vizajist kimi masa icarəyə götürməklə 7 ay ərzində ayda 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlar Şəxs Qaradağ rayon Polis İdarəsində verdiyi 27 iyul 2024-cü il tarixli izahatı və digər sənədlərlə sübut olunur. Məhkəmədə Şəxs barəsində Qaradağ rayon Polis İdarəsində inzibati araşdırma aparıldığı dövrdə hər hansı təzyiq, hədə və zorakılığa məruz qalması, o cümlədən izahatı alınarkən ona hər hansı bir formada təsir göstərilməsi halları müəyyən edilməmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində əldə edilmiş 4200 manat məbləğində gəlirin iki misli miqdarında, yəni 8400 (səkkiz min dörd yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar