Məhkəmə qərarları › İş №3(002)-278/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-278/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-278/2023 08.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, X1 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati protokolunun ləğv edilməsi barədə şikayətinə baxaraq, Müəyyənetdi: X3 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati protokolunun ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, müəyyən edilmişdir ki, X3 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati protokolunun ləğv edilməsi barədə şikayətlə aidiyyəti üzrə Daxili İşlər orqanına müraciət etməli olduğu halda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokoldan şikayətə məhkəmə qaydasında baxılması mümkün olmadığından inzibati material üzrə şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati protokolunun ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 Baş Dövlət Yol Polis İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati protokolunun ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinin tələblərinə əsasən məhkəməyə şikayət vermək hüququ izah edilsin. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar