Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-279/2021 25.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 24 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 tərtib etdiyi protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 24.01.2021-ci il tarixdə saat 21:00 radələrində 6755 çağırışlı AP-də Qaradağ RPİ-nin PPXB-nin polis leytenantı Qasımov Murad, polis leytenantı Fuad Rzayevlə birlikdə xidmətdə olduqları zaman Qızıldaş qəsəbəsində xidmət apararkın ölkə ərazisində tətbiq olunan sərt karantin rejimini pozan, Korgöz qəsəbəsində yol kənarında fəaliyyət göstərən kafe aşkar edərək, aidiyyatı üzrə məruzə etmişlər. Bundan sonra 6753 və 6757 çağırışlı avtopatrulların köməyi ilə kafeyə yaxınlaşmışlar, orada olan 11 nəfər şəxsi 38-ci Polis Bölməsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, kafeni işlədən X6 və digərləri X12, X9, X3, X5, X1, X15, X10, X16, X11, X13r. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də fəhlə işləməklə ailəsini dolandırır. 24.01.2021-ci il tarixdə axşam saatlarında işlərini bitirdikdən sonra orada yaxınlıqda olan adsız kafeyə çay içmək üçün getmiş və orada olarkən polis əməkdaşları onlara yaxınlaşaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə dəvət etmişlər və bundan sonra polis əməkdaşlarının təklifinə əsasən bölməyə getmişdir. Polis bölməsində izahatı alındıqdan sonra ondan iltizam alınaraq həmin gün sərbəst buraxılmışdır. O, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün əməlindən peşmandır. Məhkəəmədən bir daha analoji hallara yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis Bölməsinin rəisi polis polkovnikleytenantı Natiq Camalova ünvanlanmış 24 yanvar 2021-ci il tarixli raportdan görünür ki, 24.01.2021-ci il tarixdə saat 21:00 radələrində 6755 çağırışlı AP-də Qaradağ RPİ-nin PPXB-nin polis leytenantı Qasımov Murad, polis leytenantı Fuad Rzayevlə birlikdə xidmətdə olduqları zaman Qızıldaş qəsəbəsində xidmət apararkən ölkə ərazisində tətbiq olunan sərt karantin rejimini pozan, Korgöz qəsəbəsində yol kənarında fəaliyyət göstərən kafe aşkar edərək, aidiyyatı üzrə məruzə etmişlər. 6753 və 6757 çağırışlı avtopatrulların köməyi ilə kafeyə yaxınlaşmış, orada olan 11 nəfər şəxsi 38-ci Polis Bölməsinə dəvət etmişlər. Orada məlum olmuşdur ki, kafeni işlədən X6 və digərləri X12, X9, X3, X5, X1, X20, X10, X16, X11, X13r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, izahatı dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, izahatdan, habelə iş materiallarında olan 24.01.2021-ci il tarixli raport, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş 24 yanvar 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin yazılı izahatından aydın olur ki, Şəxs 24 yanvar 2021-ci il tarixdə, saat 21:00-da Qaradağ rayonu, Korgöz qəsəbəsində yol kənarında fəaliyyət göstərən adsız kafedə karantin rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, əməlindən səmimi peşmançılıq keçirməsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. kim (İmza) Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-279/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-279/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver