Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2793/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin DYPŞ-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na və Şəxs rəsmi məlumat verilsədə inzibati xəta törətmiş şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, işdə olan İXP ******* №-li 06 sentyabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs EQ 21530659 №-li 03 iyun 2024-cü il tarixli qərar üzrə inzibati cərimələri qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan 03 iyun 2024-cü il tarixli, EQ 21530659 nömrəli protokolun inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində mövcud olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 125.1.müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. 125.2.İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1.müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs 06 sentyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan DİN-in Qaradağ rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2793/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2793/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver