Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2796/2025 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin Dövlət yol polis şöbəsi inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X1 iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.1.12ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.1.12ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025ci il tarixdə saat 16:00-da "xxxx" MMC-nin direktoru X4 “Volvo FH yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müşayiət və ya mühafizə avtomobili olmadan idarə etmiş, bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin Dövlət yol polis şöbəsi inzibati təcrübə üzrə baş inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə məxsus “Volvo FH yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücü iriqabaritli yük maşınını müşayiət və ya mühafizə avtomobili olmadan idarə etmişdir. Həmçinin bildirmişdir ki, “Volvo FH yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin müşayiət və ya mühafizə avtomobili olmadan idarə edildiyini gördükdə saxla əmri verməsinə baxmayaraq, həmin iriqabaritli yük maşınını idarə edən sürücü dayanmamış, təqribən 400-500 metrlik məsafə boyunca uzaqlaşdıqdan sonra dayanmışdır. Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş "xxxx" MMC barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İzahatın yekununda "xxxx" MMC barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru X4 izahatında özünü təqsirli hesab etmədiyini, yükdaşıma yerindən yük götürdüyünü, lakin həmin yükdaşıma yerində nəqliyyat vasitəsini saxlamağa icazə verilmədiyini, bu səbəblə nəqliyyat vasitəsini müşayiət və ya mühafizə avtomobili olmadan başqa yerdə saxlamaq üçün idarə etdiyini bildirmişdir. Daha sonra "xxxx" MMC barəsində aparılan inzibati xəta işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, yükdaşıma yerindən yol polisi əməkdaşının saxla əmri verdiyi yerə qədər məsafə təqribən 200 metr təşkil edir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus “Volvo FH yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü iriqabaritli yük maşınını müşayiət və ya mühafizə avtomobili olmadan idarə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 352.1.12ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə İXM-nin 352.1.12-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:00-da "xxxx" MMC-yə məxsus Volvo FH yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə Bununla da, "xxxx" MMC oğlu Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC oğlunun Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 352.1.12-ci maddəsinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, "xxxx" MMC-nin törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 352.1.12-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 352.1.12-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.1.12ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2796/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2796/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver