Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2799/2024 07.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştrakı ilə, X3, DİN-in BDYPİ-nin polis X8 Tarix oğlu tərəfindən qəbul edilmiş TP ******* saylı, 31 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 şikayətlə Sumqayıt şəhəri Məhkəməsinə müraciət edərək DİN-in BDYPİ-nin polis X8 Tarix oğlu tərəfindən qəbul edilmiş TP ******* saylı, 31 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Polis X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı 31 iyul 2024-cü il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Polis X2 inzibati tanbeh verma haqqında TP ******* saylı 31 iyul 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, nəqliyyat vasitəsinin artıq çəki vurulması sürücünün səlahiyyətində deyildir. Buna hüquqi şəxsin dispetçeri cavabdehlik daşıyır. Nəqliyyat vasitəsinə vurulan yükün çəkisi ilə əlaqədar sürücü olaraq o məsuliyyət daşımır. Bundan başqa nəqliyyat vasitəsi saxlanılan zaman qeyd edilən inzibati pozuntu ilə əlaqədar protokol tərtib edilməmiş, nəqliyyat vasitəsinin saxlanılması aktlaşdırılmamış və nəqliyyat vasitəsi tərəziyə çıxarılmadan çəkisinin normadan artıq olduğu bildirilmişdir. Hamin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasan inzibati məsuliyyətə cəlb olunmuş şaxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şaxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-də sürücü işləyir. İdarə etdiyi “DAF FTXE 95 yük” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin şirkətə məxsusdur. 10 iyul 2024-cü il tarixdə “Heydər Əliyev” adına zavoddan dəmir yükü götürüb “Şıxov” istiqamətində hərəkət edərkən yol polisi əməkdaşı onu saxlamış və idarə etdiyi nəqliyyat vasitəsində yükün normadan artıq olduğunu bildirmişdir. Bundan sonra həmin avtomobil cərimə meydançasına aparılmış və yük maşını nəqliyyat vasitələrinin çəkisini müəyyən edən tərəziyə çıxarılmışdır. Bu zaman yük maşınının çəkisi normadan beş ton artıq olmuşdur. Buna görə də həm işçisi olduğu hüquqi şəxs "xxxx" MMC-nin rəhbərliyi 1200 manat, özü isə nəqliyyat vasitəsini idarə edən şəxs kimi 600 manat cərimə olunmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, o artıq cəriməni ödəmişdir. Özü də hesab edir ki, tərəzi qəbzi düzgün olmaqla həmin yük normadan artıq olmuşdur. Lakin avtomobilin cərimə meydançasına aparılması əsassız olmuşdur. Bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində qəbul edilmiş TP ******* saylı, 31 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in BDYPİ-nə rəsmi qaydada təkrarən məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş 31 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 10 iyul 2024-cü il tarixdə, saat 11:40-da Qaradağ rayonu, Salyan şossesi ünvanında etdiyi “DAF FTXE 95 yük” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2ci maddəsi ilə təqsirli bilinməklə 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı TP ******* saylı protokolun ödənişi edilməklə həmin qərarın inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində mövcud olmadığı aşkar edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı X4 10 iyul 2024-cü il tarixdə, saat 11:40-da Qaradağ rayonu, Salyan şossesi ünvanında idarə etdiyi “DAF FTXE 95 yük” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbindən aydın olur ki, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəfiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilməsinə dair DİN-in BDYPİ-nin 31 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2799/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2799/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver