Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-28/2022 21.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiallardan və Qaradağ rayon Prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədovun 25 dekabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraa başlanması haqqında” Qərarından görünür ki, vəzifəli şəxs Şəxs; (FİN: xxxxxxx), (VÖEN:**********) xx.xx.1987-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 1, mənzil 18-də yaşayan, barəsində İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış Məmmədov Siyavuş İnkişaf oğluna İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi, Şəxs aşkar edilərək götürülmüş 8 ədəd “Emiqa”, 3 ədəd “Super Banger”, 50 ədəd “Emiqma”, 1 ədəd “P23”, 9 ədəd “Magical Shots”, 8 ədəd “8 shots” və 8 ədəd “Poman Candelli” adlı piroxtexniki vasitələrin Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması nəzərə alınması qərara alınmışdır. İş materiallarından aydın olmuşdur ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən “1001 xırdavat” mağazasında istehsalı və ya satılması qadağan olunmuş mallar olan pirotexniki vasitələrin satışını etməsinin Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar edilməsi faktı üzrə Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-də araşdırma aparılmış və Şəxs əməllərində İXM-nin 442-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış material Qaradağ rayon Polis İdarəsinin 38-ci PBnin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X1 rayon Prokurorluğuna müraciət edərək onun barəsində İXM-nin 442-ci maddəsi ilə inzibati icraatın başlanması məsələsinə baxılması üçün İXM-nin 54.2 və 99.3-cü maddələrinə əsasən aidiyyatı üzrə Qaradağ rayon Prokurorluğuna göndərilmişdir. Material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, Şəxs törətdiyi əməlini etiraf etmiş və özünü təqsirli bilmişdir. Bundan başqa tərtib edilmiş aktdan görünür ki, Şəxs 8 ədəd “Emiqa”, 3 ədəd “Super Banger”, 50 ədəd “Emiqma”, 1 ədəd “P23”, 9 ədəd “Magical Shots”, 8 ədəd “8 shots” və 8 ədəd “Poman Candelli” adlı pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Bakı şəhər Qaradağ rayon Prokurorluğuna və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraat aparılan şəxsin və nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında qərar və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş Şəxs izahatından da aydın olur ki, o, qeyd olunan pirotexniki vasitələri təxminən 02 il əvvəl “Sədərək” TM-dən tanımadığı şəxsdən satış məqsədilə aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilir ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə müsadirə inzibati tənbeh növünün tətbiq edilməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar, yəni; 8 ədəd “Emiqa”, 3 ədəd “Super Banger”, 50 ədəd “Emiqma”, 1 ədəd “P23”, 9 ədəd “Magical Shots”, 8 ədəd “8 shots” və 8 ədəd “Poman Candelli” adlı pirotexniki vasitələr müsadirə edilməklə, 1650 (min altı yüz əlli) manat məbləğində cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-28/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-28/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver