Məhkəmə qərarları › İş №3(002)-28/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-28/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-28/2025 13.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, EQ 24982340 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10 dekabr 2024-cü il tarixli, EQ 24982340 saylı elektron qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli EQ 24982340 saylı elektron qərarı əsasında o, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, etibarnamə ilə "UBER" şirkətinin Farzullayev Senior"s parka məxsus "Honda insight (Hibrid) minik markalı77HJ670 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. Həmin avtomobillə qanuni taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 15:39:20-də Lökbatan qəsəbəsi Binə ticarət mərkəzinin qabağında idarə etdiyi taksi kimi fəaliyyət göstərdiyi avtomobildən sərnişin düşərkən avtomobilinin şəkilini çəkmişlər. Həmin vaxt o, yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanmış və son zərurət olduğuna görə məcbur olub müştərini düşürmək üçün bir saniyə belə vaxt itirmədən avtomobilimi orada saxlamışdır. Müştərini düşürəndən dərhal sonra avtomobili hərəkət edibdir. Bildirmişdir ki, həmin gün idarə etdiyi avtomaşınla dayanmamış və hərəkətdə olmuşdur. Heç bir dayanma qaydasını pozmamışdır. O, avtomobilin əyləcini basıb sərnişinin avtomobildən düşməsini gözləyib dərhal da hərəkət etmişdir. O, qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olur və müştərinin tələbini yerinə yetirməyə məcburdur. Çəkilən şəkillərdən də aydın görünür ki, həmin yolun hərəkət hissəsində birinci çərgə axıra kimi avtomobillərlə dolu olub, ona görə də müştərini başqa yerdə düşürməyə imkan olmadığına görə məcbur olub son zərurəti kimi avtomobilimi saxlayıb müştərinin düşürmüşdür. Bu proses heç 10 saniyə belə çəkməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində qeyd edilir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər. velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadaladığım normalardan da görünür ki, kimi tam əsasız olaraq barəmdə protokol tərtib edilmiş və əsasız olaraq inzibati qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, həmin gün avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməmişdir. Belə ki, o, etibarnamə ilə "UBER" şirkətinin Farzullayev Senior"s parka məxsus "Honda insight (Hibrid) minik markalı 77HJ670 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir. Həmin avtomobillə qanuni taksi fəaliyyəti ilə məşğul olur. 09 dekabr 2024-cü il tarixdə, saat 15:39-da Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzinin qabağında idarə etdiyi taksi kimi fəaliyyət göstərdiyi avtomobildən sərnişin düşərkən avtomobilinin şəkilini çəkmişlər. Həmin vaxt sərnişin təcili düşməli olduğunu bildirmiş, ərazini digər maşınlar qanunsuz zəbt etdiyi üçün məcbur olub yolun hərəkət hissəsində avtomobili ikiüç saniyəlik saxlamış və sərnişin avtomaşından düşmüşdür. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi onun həmin vaxt qeyd olunan ərazidə avtomaşını digər yerdə saxlamağa heç bir imkanı olmamış və son zərurət vəziyyətində orada ani olaraq saxlamağa məcbur olmuşdur. Odur ki, 10 dekabr 2024-cü il tarixli, EQ 24982340 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X4 10 dekabr 2024-cü il tarixdə, saat 15:39-da Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Honda İnsight (hibrid) minik" markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomaşını saxlamış və sərnişin düşürmüşdür. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 dekabr 2024-cü il tarixli, EQ 24982340 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 10 dekabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Honda İnsight (Hibrid) minik" markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tərəflərin mübahisələndirmədiyi fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, EQ 24982340 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar