Məhkəmə qərarları › İş №3(002)-2803/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2803/2025

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2803/2025 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ Rayon DYPŞ-nın Yol Patrul Xidməti inspektoru, polis serjantı, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X2 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində olan Bakı şəhəri Qaradağ Rayon Dypş Yol Patrul Xidməti inspektoru Polis serjantı X4 xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərarı ilə barəsində İnzibati Tənbeh vermə haqqında AR İXM- nin 327.2-cü maddəsində nəzərdə tutulmuş inizbati xəta üzrə 100 (bir yüz) AZN məbləğində cərimə və 3 Bal cərimə tənbehi tətbiq edilməsinə dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon DYPŞ YOL PATRUL XİDMƏTİ inspektoru Polis serjantı X4 xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərarı ilə barəsində İnzibati Tənbeh vermə haqqında o, AR İXM-nin 327.2-cü maddəsində nəzərdə tutulmuş inizbati xəta haqqında iş üzrə 100 (bir yüz) AZN məbləğində cərimə və 3 Bal cərimə tənbehi tətbiq edilib. Bu qərarın surətini 03.12. 2025-ci il tarixində almışdır. O belə hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, həmin zanan işıqfordan qadrşıdakı yol bağlı olduğu üçün protokolu tərtib edən polis əməkdaşı ona dedi ki, çıx ǝks yoda saxla. O da onun göstərişinə əməl etmişdir. Bundan sonra mənə dedi ki, qaydanı pozdunuz. Bu səbəbdən barəsində qeyd edilən protokolu tərtib etdi. İdarə etdiyi nəqliyyat vasitəsi CHANGAN QİYUAN A05 PLUG-İN MARKALİ ** YV *** dövlət qeydiyyat nomrəsi olan minik maşınıdır. Ondan asılı olmayan bu səbəbdən əsassız olaraq cərimə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan Bakı şəhəri Qaradağ Rayon DYPŞ Yol Patrul Xidməti inspektpru Polis serjantı X4 xx.xx.2025-ci il tarixli TP ******* saylı Qərarı ilə barəsində İnzibati Tənbeh vermə haqqında AR İXM- nin 327.2cü maddəsində nəzərdə tutulmuş inizbati xəta üzrə 100 (bir yüz) AZN məbləğində cərimə və 3 Bal cərimə tənbehi tətbiq edilməsinə dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 22 noyabr 2025-ci il tarixdə, saat 00:50 radələrində nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu Heybət yolu ərazisində hərəkətdə olarkən işıqforun yaşıl işığı yanandan sonra hərəkət etmiş, bu zaman arxadan gələn DYPŞ əməkdaşı ona əks yola çıxaraq saxlamasını bildirmişdir. O da bu göstərişə əməl etmişdir. Saxlayandan sonra polis əməkdaşı ona əks yola çıxdığı üçün qaydanı pozduğunu bildirərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 dekabr 2025-ci il tarixli iclasında iştirak etmiş Qaradağ RPİ-nin DYPŞ-nin baş inspektoru, polis kapitanı, X3 öz izahataında şikayətin əsassız olduğunu bildirərək, qeyd olunan hadisə ilə bağlı müvafiq sübutları növbəti məhkəmə iclasında təqdim edəcəyini göstərmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər Qaradağ RPİ-nin DYPŞna məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ Rayon DYPŞ -nın 22 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 22 noyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 22 noyabr 2025-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, massiv 7 (Lökbatan), 30 ərazisində “Changan Qıyuan A05 Plug-İn hibrid minik” markalı ** YV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş Qadağandır” yol nişanının tələblərinin pozulmasına görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı yanlız şikayət vermiş şəxsin təqdim etdiyi sübutlar əsasında onun qeyd olunan inzibati iş üzrə təqsirli bilinib-bilinməməsinə dair obyektiv yekun nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ Rayon DYPŞ-nın Yol Patrul Xidməti inspektoru, polis serjantı, X5 tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Qaradağ Rayon DYPŞ-sı tərəfindən qəbul edilmiş 22 noyabr 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar