Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2805/2025 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 sentyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair X3 tərəfindən verilmiş şikayətə ünvan 2əsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə ünvan 2əsinə müraciət edərək İXM-nin 335.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyi barədə Qaradağ DYPŞ polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ DYPŞ polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarı ilə onu İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 60 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 10:49-da Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "BMW X5 XDRİVE 40E PLUG- İN HİBRİT MİNİK" markalı **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün hüququ olmayan şəxsə verilməsinə görə inzibati xəta törətmişdir. Bildirmişdir ki, "BMW" markalı **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. xx.xx.2025-ci il tarixdə axsam saat 21:00 radələrində avtomobil sürməyi öyrətmək məqsədi ilə oğluna avtomobili vermişdir ki, yaşadığı evin həyətində sürsün. Həmin vaxt o özü də avtomobildə idi. Bu vaxt polis əməkdaşları onları saxlamışlar və sənədləri tələb etmişlər. O da sənədləri təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları bildirdilər ki, avtomobil dayanacağa aparmalıyıq. O, yerində cərimə ödəyəcəyini bildirsə də razılaşmadılar. O uşağın azyaşlı olduğunu bildirdi və oğlunu evə düşürəndən sonra avtomobili dayanacağa apardılar. Ona bildirdilər ki, sabah uşaqla birlikdə polis idarəsinə getsinlər. Səhəri gün xx.xx.2025-ci il tarixdə onlar polis idarəsinə getdilər. Bildirdilər ki, oğlu azyaşlı olduğuna görə onun barəsində İcra hakimiyyətinn nəzdində olan yetkinlik yaşına çatanların işləri üzrə komissiyaya göndəriləcək, onun barəsində isə cərimə tərtib ediləcəkdir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində oğluna əsassız olaraq 200 manat, ona isə xx.xx.2025-ci il tarixdə AR İXM-nin 335.1-ci maddəsi ilə 60 manat cərimə tərtib edilmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə baş versə də bundan dörd gün sonra, yəni xx.xx.2025-ci il tarixdə barəsində protokol tərtib edilərək Asan ödəniş sistemində olan elektron kabinetinə yerləşdirilir. Protokolda guya onun xx.xx.2025-ci il tarixdə avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün hüququ olmayan şəxsə verilməyi qeyd edilsə də halbuki hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Göründüyü kimi tətrib edilmiş protokol vǝ qabul edilmiş qərar qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun alavasi (foto va ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxarıla bilər. Mənim barəmdə inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi mənə edilən telefon zəngində bildirilsə də, həmin foto və ya video materiallar da elektron kabinetimǝ yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Yuxarıda qeyd etdiklərini və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən məhkəmədən İXM-nin 335.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyi barədə Qaradağ DYPŞ polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, qeyd olunan hadisə qərarda göstərildiyi kimi 13 sentyabr 2025-ci il tarixdə deyil, 10 sentyabr 2025-ci il tarixdə baş vermişdir. Həmçinin onun şəxsi kabinetinə inzibati xətanı sübut edən foto və videoçəkiliş göndərilməmişdir. Odur ki, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 dekabr 2025-ci il tarixli iclasında iştirak etmiş Qaradağ RPİ-nin DYPŞ-nin baş inspektoru, polis kapitanı, X2 öz izahataında şikayətin əsassız olduğunu bildirərək, qeyd olunan hadisə ilə bağlı müvafiq sübutları növbəti məhkəmə iclasında təqdim edəcəyini göstərmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhər Qaradağ RPİ-nin DYPŞna məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 sentyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 13 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 13 sentyabr 2025-ci il tarixdə, saat 10:49 radələrində Qaradağ rayonunda "BMW X5 XDRİVE 40E PLUG-İN HİBRİD MİNİK" markalı **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın polis mayoru X6 tərəfindən qəbul edilmiş 13 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair 13 sentyabr 2025-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ünvan 2əsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2805/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2805/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver