Məhkəmə qərarları › İş №3(002)-2814/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2814/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2814/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Şəxs vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs “Zil MMZ 4502” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11:25-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili Vəkil izahatında bildirdi ki, 2023-cü ilin iyun ayının 1-də şirkətin qanuni təmsilçisi X2 dünyasını dəyişmişdir. X2 vəfat etdikdən sonra müəssisədə daşınar və daşınmaz əmlakların inventarizasiyası aparılmışdır. Aparılmış inventarizasiya nəticəsində məlum olmuşdur ki, şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı ** JA *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi balansda olsada hazırda kimin istifadəsində olması məlum deyil. Bu məsələ ilə əlaqədar şirkət tərəfindən 25 sentyabr 2023-cü il tarixdə Baş X6i İdarəsinə rəsmi müraciət olunaraq xahiş olunmuşdur ki, sözü gedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilsin. Lakin Baş X6i İdarəsi tərəfindən sözügedən şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin olunması üçün hər hansı bir tədbir görülməmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X6 Şöbəsi tərəfindən 06 sentyabr 2024-cü il tarixli İnzibati Xəta haqqında İXP № ******* saylı protokolu ilə şirkət barəsində qanunsuz olaraq inzibati icraat başlamışlar. Şirkət tərəfindən onun balansında olan digər nəqliyyat vasitələri barədə Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq mütamadi məlumatlar təqdim olunur. Lakin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X6 Şöbəsi əməkdaşları qanunsuz olaraq hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərmişlər. Bu səbəblərdən hesab edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X6 Şöbəsinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin həmin nəqliyyat vasitəsinin hazırda kimin istifadəsində olması barədə şirkətin məlumatı yoxdur və bunula bağlı təkrar olaraq Qaradağ rayon X6 Şöbəsinə 30 avqust 2024-cü il tarixdə məlumat verilmişdir. Qeyd olunanlardan aydın görünür ki, hüquqi şəxs tərəfindən hər hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X6 Şöbəsi tərəfindən qeyri-obyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Göründüyü kimi, 2023-cü ilin sentyabr ayının 25-də şirkət tərəfindən Baş X6i İdarəsinə müraciət olunmuşdur və nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin olunması xahiş olunmuşdur. Daha sonra 30 avqust 2024-cü il tarixdə həmin məsələ ilə əlaqədar bir daha Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X6 Şöbəsinə müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ Rayon DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Qaradağ Rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Qaradağ Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin Şəxs-yə ünvanlanmış sorğudan görünür ki, həmin hüquqi şəxsin mülkiyyətində olan “Zil MMZ 4502” yük markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə, saat 11:25-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. İş materiallarına əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Qaradağ RPİ-nin DYPŞ-nin Şəxsnə ünvanladığı sorğu məktubu xx.xx.2024-cü il tarixdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-nin Baş X6i İdarəsinə ünvanlanmış məktublardan görünür ki, Şəxs tərəfindən 30 avqust 2023-cü il və 25 sentyabr 2023-cü il tarixlərdə DİNnin Baş X6i İdarəsinə rəsmi müraciət olunaraq hüquqi şəxsdə aparılmış inventarizasiya nəticəsində şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin şirkətin balansında olsa da hazırda kimin istifadəsində olması məlum olmadığı bildirilmiş və sözügedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs (VÖEN: **********) dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətindən görünür ki, hüquqi şəxsin hazırki qanuni təmsilçisi X1r. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, sorğu məktubu səlahiyyətli orqan tərəfindən şirkətə ünvanlanmazdan daha öncəki tarixlərdə, yəni 30 avqust 2023-cü il və 25 sentyabr 2023-cü il tarixlərdə Şəxs öz təşəbbüsü ilə DİN-nin Baş X6i İdarəsinə rəsmi müraciət edərək hüquqi şəxsdə aparılmış inventarizasiya nəticəsində şirkətə məxsus ZİL MMZ 4502 YÜK markalı 90JA110 dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin şirkətin balansında olsa da hazırda kimin istifadəsində olmasının məlum olmadığı bildirilmiş və sözügedən nəqliyyat vasitəsinin tapılaraq duracağa təmin edilməsi xahiş olunmuşdur. Hüquqi şəxs yuxarıda qeyd olunmuş səbəblərdən həmin nəqliyyat vasitəsinin faktiki kimin istifadəsində olması barədə məlumatsız olduğundan və bu barədə dəfələrlə səlahiyyətli orqana məlumat verdiyindən ünvanlanmış sorğuya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavablandırılması halı mövcud deyildir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) həmçinin, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar