Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2814/2025 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inzibati təcrübə üzrə inspektoru X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin İnzibati təcrübə üzrə inspektoru X3 protokolu müdafiə edərək, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru bildirmişdir ki, faktiki olaraq hüquqi şəxsin qeydiyyat ünvanında fəaliyyət göstərmədiklərinə görə gələn bildirişlərdən xəbərdar olmamışlar. Həmçinin qeyd etmişdir ki, hüquqi şəxsin faktiki ünvanı və ya onlara göndərilən məktubların məhz hansı ünvana göndərilməsi barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “DAF XF 105.460” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “DAF XF 105.460” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, qeyd olunan məktub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə-hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “DAF XF 105.460” yük markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə çatdırılsa da, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bundan əlavə "xxxx" MMC tərrəfindən hüquqi ünvanı ilə faktiki ünvanının eyni olmaması, hüquqi ünvanına göndərilən məktubları qəbul edəcək şəxsin olub-olmaması, məktubların onların faktiki ünvanına göndərilməsini əks etdirəcək məlumatın Qaradağ RPİ-yə təqdim edilməsini təsdiq edən sənəd məhkəməyə verilməmişdir. Bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2814/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2814/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver