Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2818/2024 17.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(002)-1371/2021 saylı icra sənədinə əsasən iddiaçı X2 hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2736/2022 saylı icra sənədinə əsasən X2 hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, cavabdeh Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, X5 və X6 ataları ilə ünsiyyətdən imtina etmiş, X7 isə ünsiyyət qursa da, atası ilə başqa məkanda sərbəst görüşdən imtina etmişdir. Psixoloqun iştirakı ilə də icra şöbəsində uşaqların ata ilə ünsiyyəti təşkil edilməsinə baxmayaraq, təşəbbüs uğursuz olmuşdur. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edildikdən sonra Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyadan bu mübahisə ilə bağlı müvafiq rəy alınmışdır. Rəyə əsasən səlahiyyətli orqanın yaratmış olduğu komissiya borclu tərəfindən uşaqlara psixoloji təsirin olunduğunu müəyyən etmişdir. Hazırda tələbkarın şikayəti əsasında borclu barədə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borclu barəsində ilk dəfə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra şöbəsində ata ilə övladlarının görüşü zamanı uşaqların anası da iştirak etmişdir. Lakin, həmin sonuncu tərəfindən uşaqlara hər hansı müdaxilənin olması halı müəyyən edilməmişdir. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 ümumiyyətlə ataları ilə ünsiyyətdə olmamışlar, xx.xx.2019-cu il təvəllüdlü X7 atası ilə söhbət etsə də onunla bərabər gəzintiyə getməkdən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək qeyd etmişdir ki, o, uşaqların atası ilə görüşməmələri üçün onlara təsir və təzyiq etməmişdir. Psixoloqun iştirakı ilə uşaqlar dindirilmiş, lakin, onlar ataları ilə görüşməkdən imtina etmişlər. Əlavə olaraq bildirmişdir ki, uşaqlar 14 və 12 yaşlarına çatmışlar və onlar fikirlərini sərbəst bildirirlər. Ən kiçik övladı isə özündən böyük olan bacısı və qardaşının ataları ilə görüşmədiyini görərək onunla gəzintiyə getməkdən imtina edir. Uşaqların ataları ilə görüşməmələrinin məsuliyyətinin onun üzərində qalmaması səbəbindən onları hər dəfə icra şöbəsinə özü gətirir. Bundan əlavə qeyd etmişdir ki, məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş günlərdə uşaqların ataları ilə görüşmələri uşaqların etirazları nəzərə alınaraq baş tutmasa da ataları uşaqlarla ünsiyyətdən məhrum edilməmişdir, Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Şəxs bildirmişdir ki, uşaqların ataları ilə görüşünə heç bir etirazı yoxdur. Birgə nikahdan olan iki uşaq özləri ataları ilə görüşdən şəxsən imtina edirlər, kiçik övladı ünsiyyət qursa da bacı və qardaşına baxaraq, o da atası ilə başqa yerdə sərbəst görüşdən imtina edir. Məhkəmə iclasında tələbkar X4 bildirdi ki, cavabdeh Şəxs tərəfindən uşaqların onunla görüşünə maneə yaradılır. Qətnamələr məhkəmə tərəfindən qəbul edildikdən sonra borclu apellyasiya və kassasiya qaydasında şikayətlər verərək onların ləğv edilməsini xahiş etmiş, bu isə uşaqlarla ünsiyyətinə münasibətdə sonuncunun qərəzli mövqeyindən xəbər verir. Borclu uşaqlara psixoloji təsir edərək, aonunla görüşmələrindən imtina etmələrinə nail olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(002)-1371/2021 saylı icra sənədinə əsasən iddiaçı X2 hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2736/2022 saylı icra sənədinə əsasən X2 hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. İcraata başlama haqqında qərarların surətindən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(002)- 1371/2021 saylı və xx.xx.2022-ci il tarixli e-2(002)-2736/2022 saylı icra sənədləri üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-il tarixli, 2(002)-1371/2021 saylı icra sənədinə əsasən iddiaçı X2 hər həftənin bazar günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)-2736/2022 saylı icra sənədinə əsasən X2 hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək cavabdeh Şəxs ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 ilə sərbəst şəkildə ünsiyyət hüququnun təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin tam icrasına mane olmuş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialına əlavə edilmiş aktlardan görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə X5, X7 və X6 ilə iddiaçı X2 görüşü həyata keçirilmişdir. İş materialına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyasının rəyindən görünür ki, borclu tərəfindən uşaqlara psixoloji təsirin ediməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən qərəzli törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında bir daha barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin icrasından boyun qaçırması və icra məmurunun çağırışlarından qərəzli olaraq yayınması hallarının mövcud olmaması qənaətinə gəlir. Bundan başqa müəyyən edilmişdir ki, X4 övladları ilə ünsiyyətdən məhrum edilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş günlərdə görüşlərin baş tutmaması isə bilavasitə uşaqların həmin görüşlərdən imtina etməsi ilə əlaqədardır. Bu hal inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunmuş aktlarla da təsdiqini tapır. Cavabdeh tərəfindən isə iddiaçının övladları ilə ünsiyyətinin təmin edilməsinə maneə törədiləcək hər hansı fakt təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2818/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2818/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver