Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2820/2024 20.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, X1 etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sulutəpə qəsəbəsi. R.Allahverdiyev küçəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Laçın rayon Məhkəməsinin 2(047)-467/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, Laçın rayon Məhkəməsinin 2(047)-467/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 8300 manat borc pul və 120 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı X6 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 19 dekabr 2022-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borlcu borcundan cəmi 623 manat ödəniş etmiş, bu günə 7797 manat borcu qalmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 20 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu “X8” MMC-nin baş direktoru kimi qeyd olunsa da hal-hazırda həmin təşkilat fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X5 öz izahatında göstərmişdir ki, əri X11 2014-cü il tarixdə Şəxs 8300 manat borc pul vermiş, lakin bu günədək həmin məbləği geri ala bilməmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, qızı xərçəng xəstəliyindən, özü isə astmadan əziyyət çəkir. Müalicə almaları üçün qeyd olunan pul məbləğinə ehtiyacları vardır. Odur ki, borcun geri qaytarılmaısnı, bu baş vermədikdə isə borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o icra vərəqəsindən xəbərdar olmaqla icra vərəqəsinin icrasından yayınmır. Hal-hazırda heç bir yerdə işləməklə hər hansı bir gəlirə də malik deyildir. 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı kəllə beyin travması almışdır. “X8” MMC-nin baş direktoru kimi qeyd olunsa da hal-hazırda həmin təşkilat fəaliyyət göstərmir. Borcundan indiyədək 623 manat ödəniş etmişdir. Bu yaxınlarda əlilliyə görə təqribən 6000 manat məbləğində pul alacağını, həmin pulu hazırki borcunun ödənilməsinə yönəldəcəyini bildirərək məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa borclunun halhazırda hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair də heç bir sübut müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Borclunun məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında araşdırılmış “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsi rəisinin 17 avqust 2022-ci il tarixli, 756 nömrəli göndərişi ilə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 29 sentyabr 2022-ci il tarixli 11627 saylı “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən aydın olur ki, Şəxs "Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, kəkələmə ilə, generalizə olunmuş epileptik qıcolma tutmaları ilə. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə". Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır: "Vertebrogen servikalgiya. Sidik kisəsinin arxa divarının polipi. Əngdə və çənədə ikincili hissəvi adentiya" diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 10 iyun 2024-cü il tarixli həkim psixiatr komissiyanın rəyindən aydın olur ki, "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun X7 Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, epileptiform tutmalar, depressiv epizodlarlar diaqnozu qoyulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2820/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2820/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver