Məhkəmə qərarları › İş №3(002)-2823/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2823/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2823/2024 24.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Xıdırlı ərazi darəsi, Əhmədavar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 saylı yataqxananın 328 saylı otağında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Ağdam rayon Məhkəməsinin 2(13)-584/2013 saylı, 08 iyul 2013-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 24 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(13)-584/2013 saylı, 08 iyul 2013-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 11000 manat pul və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 05 noyabr 2013-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən borcdan indiyədək heç bir ödəniş edilməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-72/2016 saylı, 13 aprel 2016-cı il tarixli hökmü ilə Şəxs Alahverdi oğlu Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 20 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. O öz izahatında tələbkarla mobil telefonla əlaqə saxladığını, tələbkarın üzrülü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında icra vərəqəsi üzrə borcunu ödəməkdən yayınmadığını bildirərək göstərmişdir ki, özü birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı kimi pensiya alır. Həmin pensiyadan hər ay 20 manat icra vərəqəsinin icrasına yönəldilir. Bundan başqa hal-hazırda qaraciyər serrozu, ayağında erroziya və şizofreniya xəsətliklərindən əziyyət çəkir. Daimi yaşayış yeri olmamaqla küçələrdə gecələyir. Sağlamlıq imkanları çox məhdud olduğundan heç bir işlə məşğul ola bilmədiyi və hər hansı bir gəliri olmadığı üçün yoldan keçən insanların etdiyi yardımlar hesabına dolanır. Bundan başqa ciddi psixi pozuntusu olmaqla 2 saylı kliniki psixiatriya xəstəxanasında müalicə almış, həmin müəssisədən təqribən iki ay əvvəl buraxılmışdır. Hal-hazırda maddi vəziyyəti ağırdır. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu icra işi üzrə bir dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməməklə hər hansı bir gəlirə və ya qazanca da malik deyil. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclunun psixoloji problemləri olmaqla şizofreniya xəstəliyindən və çoxsaylı digər xəstəliklərdən ciddi əziyyət çəkir. Ayaq nahiyyəsi çürümək ərəfəsindədir. Bundan başqa borclunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almaqla 80 manat pensiya aldığı və borcun həmin məbləğə yönəldildiyi müəyyən edilmişdir. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar