Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2825/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 25 sentyabr 2024-cü il tarixli MN2087809 saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokoldan aydın olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs X3 xeyrinə 34583,35 ABŞ dolları tutularaq ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X6 34583,35 ABŞ dolları məbləğində borcun tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada 02 may 2017-ci il tarixdə icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra da borclu dəfələrlə iznibati məsuliyyətə cəlb olunmuş, sonuncu dəfə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-1397/2024 saylı, 14 may 2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun bu günə təqribən 8425 ABŞ dolları məbləğində borcu vardır. Belə ki, borclu inzibati həbsdən çıxdıqdan sonra borcundan üç dəfə, hər dəfə iyirmi beş manat olmaqla yetmiş beş manat ödəniş etmişdir. Bundan başqa borclu müharibə veteranı kimi 80 manat pensiya aldığına görə həmin pensiya məbləğinin 50 %-nin yarısı, yəni 20 manatı bu iş üzrə, qalan 20 manatı isə digər bank borcuna görə tutulur. Lakin bundan başqa dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq borclu yaranmış borcunun ödənilməsi üçün heç bir cəhd göstərməmişdir. Odur ki, protokolu müdafiə edərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, Şəxs məqsədli şəkildə borcun ödənilməsinən yayınır, ona olan borcunu ödəmək fikri yoxdur. Sonuncu dəfə inzibati həbsdən çıxdıqdan sonra borclu tərəfindən hər ay iyirmi beş manat olmaqla cəmi yetmiş beş manat məbləğində pulun ödənilməsi bir daha borclunun yaranmış borcunu ödəməyəcəyini və onun bu işə ümumiyyətlə laqeyd yanaşmasını göstərir. İndiyədək ödənilmiş borcu isə digər borclu X9 tərəfindən ödənilmişdir. Odur ki, borclunun barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, sonuncu dəfə inzibati həbsdən çıxdıqdan sonra borcundan hər ay 25 manat olmaqla 75 manat ödəniş etmişdir. Bundan başqa müharibə veteranı kimi aldığı 80 manat pensiya məbləğinin 50 %-nin yarısını, yəni 20 manatı hər ay yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış öhdəlikdən xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun hər hansı işdə işləyərək qazanc əldə etməsinə maneə törədə biləcək heç bir hal müəyyən edilməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 25 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eyni işə görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilsə də bundan hər hansı bir nəticə çıxartmamasını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2825/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2825/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver