Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2829/2025 25.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29872521 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X3 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29872521 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda şikayət ərizəsinə əlavə olunmuş müddətin bərpasına dair ərizədə qeyd olunmuşdur ki, şikayət verilmiş qərar ona rəsmən təqdim edilmədiyindən müraciəti əsasında əldə etmişdir. Şikayət ərizəsinə əlavə oluunmuş məktubdan görünür ki, X1 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə edilmiş müraciətinə xx.xx.2025-ci il tarixdə verilmiş cavabda göstərilmişdir ki, “VAZ-2103” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılıb mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı DYP əməkdaşları təlimatlandırılmışdır. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə Qaradağ Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilsə də, həmin vəsatətdə göstərilən gecikmə səbəbini təsdiq edəcək sübut əlavə edilməmişdir. Əlavə edilmiş məktubdan isə görünür ki, müraciətinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025ci il tarixdə cavab verilmişdir. Məhkəmə şikayət vermiş şəxsin nəzərinə çatdırır ki, müddətin ötürülməsinə səbəb olan üzrlü halları, sübutları müddətin bərpasına dair vəsatətinə əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29872521 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29872521 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 29872521 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə (üzrlü səbəblər, sübutlar əlavə olunmaqla) məhkəməyə müraciət etmək hüququ şikayətçi X2 izah edilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2829/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2829/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver