Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-284/2022 22.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Nərimankənd kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 22 fevral 2022-ci il tarixli MN №0958358 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə saat 08:48 radələrində Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzi ərazisində X8 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PBnın sahə inspektoru X2 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nın sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 09 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5, X6 və Şəxs arasında gələcəkdə baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə münaqişəli tərəflər kimi qeydiyyata alınması, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilməsi, Qərarın surətinin məlumat üçün təhqiqata proessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəfə göndərilməsi və materialın saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 öz izahatında bildirmişdir ki, 11 yanvar 2022-ci il tarixdə işlətdiyi “Binə” TM-də birinci sıra 58-ci mağazaya əmisi oğlu Şəxs gələrək onun üzərinə hücum çəkmiş, sağ əlinin işarə barmağına xəsarət yetirmiş, onu və ailəsini öldürməklə hədələmişdir. Bundan iki gün sonra yəni 13 yanvar 2022-ci il tarixdə saat 10:00-da radələrində əmisi Qayıbov Əslan və onun arvadı Sevinc Qayıbova təkrar mağazaya gələrək səs-küy salmış və mağazadakı əşyaları dağıtmış, ona hədəqorxu gəlmiş, Sevinc Qayıbova mağazada olan ayaqqabını götürüb onu vurmağa başlamış lakin həmin vaxt xəsarət almadığını bildirmişdir. Bütün bunları nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 2004-2005-ci illərdən 2009-cu ilədək Nizami rayonunda yerləşən “Laçın” TM-də atası X9 əmisi X10 ilə birlikdə alqı-satqı ilə məşğul olmuş və əmisinin atasına 500 000 manat borcu olmuşdur. Buna görə də o, 11 yanvar 2022-ci il tarixdə o özü iki gün sonra isə atası “Binə” TM-ya gedərək borcu tələb etmişlər. O, öz izahatında X6 dediyi kimi ona xəsartə yetirmədiyini lakin onu təhqir etdiyini və əli ilə itələdiyini bildirmişdir. Təqsirli olmadığı üçün məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 17 yanvar 2022-ci il tarixli 31 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X6 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ əlin İİ barmağının sıyrığı bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən 11.01.2022-ci il tarixdə törənə bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Bundan başqa məhkəmə baxışı zamanı qeyd olunan hadisənin görüntülərini əks etdirən video diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan tarixdə həqiqətən də Şəxs “Binə” TM-də yerləşən əmisi X7 məxsus mağazaya gələrək orada əmisi oğlu X6 üstünə gedərək onunla tutaşmışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-284/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-284/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver