Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-284/2024 05.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qaradağ Rayon Məhkəməsinə Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-00159/24 saylı, 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə “Xocəsən” gömrük postundan daxil olmuş 3-33-/3-1-028788/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən, AZ1083, Bakı Şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Çimərlik dön.(Sahil Qəs.), ev 8 qeydiyyatda olan "xxxx" (VÖEN: **********) ünvanına E666XM96/BA877066 nömrəli avtomaşınla, 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük **********787 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” kodu altında toxumluq kartof kimi yəni 697a imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin və 697a imtiyaza yəni toxumluq olub olmamasının müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş GM**********47 saylı xx.xx.2023 -ci il tarixli cavab məktubuna əsasən 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük “**********” kimi sinifləşdirilmiş toxumluq kartofa uygun olmadıgı göstərilmişdir. İş üzrə araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 20950 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009769/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7961 saylı, xx.xx.2023-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Rusiya Federasiyasından gətirilmiş 20950 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20950 kq ərzaqlıq kartof yükünün qiyməti 12570.00 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən Rusiya Federasiyasından gətirilmiş 20950 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20950 kq ərzaqlıq kartof yükünün qiyməti 12570.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıbyaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1- 031757/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-032164/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********4787 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 20950 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20950 kq ərzaqlıq kartof yükünün qiyməti 12570.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı **********4787 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləgi, əlavə dəyər vergisi üzrə 1554.35 manat, elektron gömrük xidməti haqqı üzrə 35.40 manat olmaqla ümumilikdə 1589.75 manat yarandığı məlum olmuşdur. Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə “Xocəsən” gömrük postundan daxil olmuş 3-33-/3-1-028786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən, AZ1083, Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Çimərlik Dön.(Sahil qəs.), ev 8 qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına 99DY484/99ZD801 nömrəli avtomaşınla, 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük **********4791 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” kodu altında toxumluq kartof kimi yəni 697a imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin və 697a imtiyaza yəni toxumluq olub olmamasının müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən BBGİ-nə göndərilmiş GM**********46 saylı xx.xx.2023 -ci il tarixli cavab məktubuna əsasən 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük “**********” kimi sinifləşdirilmiş toxumluq kartofa uygun olmadığı göstərilmişdir. İş üzrə araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 20950 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009830/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8030 saylı, xx.xx.2023-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən Rusiya Federasiyasından gətirilmiş 20950 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıbyaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1- 033520/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-035202/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********4791 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20950 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı **********4791 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləgi, əlavə dəyər vergisi üzrə 1516.21 manat yarandığı məlum olmuşdur. “Xocəsən” gömrük postundan daxil olmuş 3-33-/3-1-028787/2023 saylı xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına xx.xx.2023-cü il tarixdə 99HD636/44ZA636 nömrə nişanlı yük avtomaşınında 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş 20450 kq kartof yükü **********4823 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında toxumluq kartof kimi, yəni “697a” imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və “697a” imtiyaza, yəni toxumluq kartofa uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən BBGİ-nə göndərilmiş GM**********46 saylı xx.xx.2023 -ci il tarixli cavab məktubuna əsasən 09 saylı xx.xx.2023ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük “**********” kimi sinifləşdirilmiş toxumluq kartofa uygun olmadığı göstərilmişdir. İş üzrə araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 20450 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-0098421/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8032 saylı, xx.xx.2023-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıbyaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1- 034740/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/012/000288 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********4823 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı **********4823 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləgi, əlavə dəyər vergisi üzrə 1516.21 manat yarandığı məlum olmuşdur. Həmçinin “Xocəsən” gömrük postundan daxil olmuş 3-33-/3-1-028789/2023 saylı xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına xx.xx.2023-cü il tarixdə 99CA515/99ZA141 nömrə nişanlı yük avtomaşınında 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş 20450 kq kartof yükü **********4831 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə ********** kod altında toxumluq kartof kimi, yəni “697a” imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və “697a” imtiyaza, yəni toxumluq kartofa uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən BBGİ-nə göndərilmiş GM**********46 saylı xx.xx.2023 -ci il tarixli cavab məktubuna əsasən 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük “**********” kimi sinifləşdirilmiş toxumluq kartofa uygun olmadığı göstərilmişdir. İş üzrə araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 20450 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009813/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8031 saylı, xx.xx.2023-cü il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıbyaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1- 034711/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-036238/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********4831 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı **********4831 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləgi, əlavə dəyər vergisi üzrə 1516.21 manat yarandığı məlum olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Rəsmiləşdirmə mərkəzindən daxil olmuş hər dörd raportda "xxxx" MMC-nin ünvanına 99CA515/99ZA141 nömrəli, 99HD636/44ZA636 nömrəli, 99DY484/99ZD801 və E666XM96/BA877066 nömrəli nəqliyyat vasitələrində gələn “ərzaqlıq kartof” yükləri 09 nömrəli, xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında Rusiya Federasiyasında yerləşən və fəaliyyət göstərən “OOO X11” şirkətindən göndərilmişdir və eyni tarixdə - xx.xx.2023-cü il tarixində **********4787 sorğu nömrəli, **********4791 sorğu nömrəli, **********4823 sorğu nömrəli və **********4831 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsində və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda gömrük ödənişlərini azaltmağa əsas verən düzgün olmayan məlumatların göstərildiyi müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 49380(qırx doqquz min üç yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Şəxs MMC tərəfindən (inzibati xətanı törədən fiziki şəxsin adı, atasının adı və soyadı, hüquqi şəxsin adı) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/013/001464 nömrəli, xx.xx.2024-cü il tarixli raport, **********4787 sorğu nömrəli, **********4791 sorğu nömrəli, **********4823 sorğu nömrəli və **********4831 sorğu nömrəli gömrük bəyannamələrinin surəti, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı ilə təsdiq edilir. Məhkəmənin 06 fevral 2024-cü il tarixli iclasında iştirak edən Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X2 etibarnamə üzrə nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolla razılaşmayaraq göstərmişdir ki, təmsil etdiyi şirkət Rusiyanın “X11” şirkətindən həmin şirkət ilə bağlanmış 09 nörməli, 27 sentyabr 2023-cü il tarixli müqavilə əsasında toxumluq kartof məhsulu sifariş vermiş və həmin şirkətdən Şəxs MMC-nin ünvanına "Nevskiy" sortlu toxumluq kartof idxal etmişdir. Şirkətdən onlara göndərilmiş mal müşayiət sənədlərində də həmin məhsulların "Nevskiy" sortlu toxumluq kartof olması qeyd edilmişdir. Bakı Baş Gömrük İdarəsində onların iştirakı olmadan mallardan ekspertiza üçün nümunələr götürüldükdən sonra onlara həmin malların toxumluq deyil ərzalıq kartof olması bildirilmişdir. Bu anlaşılmazlığın aradan qaldırılması üçün yenidən yükü göndərən şirkətlə əlaqə saxlanılmış, ** DY ***/ ** ZD *** nömrə nişanlı yük avtomobillərində hansı səbəbdən ərzalıq kartof göndərildiyi soruşulmuş, həmin şirkət tərəfindən onlara cavab olaraq isə göndərilən yük partiyasının ərzaqlıq deyil toxumluq yük olduğu bir daha bildirilmişdir. O bu barədə Bakı Baş Gömrük İdarəsində inzibati araşdırma aparılarkən də bildirmiş və bütün lazım olan sənədləri, o cümlədən yük göndərən tərəfdən malın toxumluq kartof olmasına dair lazimi sənədləri və mal Rusiya Federasiyasından göndərilərkən X1 Xidmətindən verilmiş sertifikatı da təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq Dövlət Gömrük Komitəsinin X6 İdarəsində həmin məhsulun toxumluq kartofa uyğun olmadığı barədə əsassız rəy verilmişdir. Hansı ki, həmin rəydə də idxal olunmuş məhsulun "Nevskiy" sortlu olduğu qeyd edilmişdir. Bildirmək istəyir ki, "Nevskiy" sortlu kartof yalnız toxumluq kartof növünə aiddir. O öz izahatında daha sonra yuxarıda qeyd edilən yalnışlığın Şəxs MMC tərəfindən törədilmədiyini, şirkətin əməlində heç bir inzibati xəta tərkibinin olmadığını qeyd edərək təmsil etdiyi şirkət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 20 fevral 2024-cü il tarixli iclasında iştirak edən Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, yuxarıda qeyd olunan protokolu özü şəxsən tərtib etmiş və həmin protokol tətib edilərkən Dövlət Gömrük Komitəsi X4 İdarəsinin ekspert rəyinə əsaslanmışdır. Odur ki, şifahi vəsatət verərək həmin iş üzrə rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsini xahiş etmişdir. Məhkəmənin 05 mart 2024-cü il tarixli iclasında şahid qismində iştirak edən Dövlət Gömrük Komitəsi X4 İdarəsinin Qida və kənd təsərrüfatı mallarının ekspertizası şöbəsinin rəisi X3 öz izahatında göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsindən daxil olmuş sorğuya əsasən üç bəyannamə üzrə kartof məhsullarından nümunələr götürülmüş, həmin kartof məhsullarının hər üç bəyannamə üzrə Azərbaycan Respublikasının əsas götürdüyü AZS ***-**** standartına əsasən 36 faiz, 44 faiz və 75 faizinin ərzaqlıq kartof növünə aid olduğu müəyyən edilmişdir. Belə ki, götürülmüş nümunələrdə yalnız üç faizə qədər ərzaqlıq kartof məhsullarının olmasına icazə verilir. Bundan əlavə o öz izahatına əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi qurumda kartof məhsullarının yerindəcə müayinəsi həyata keçirilmir. Belə ki, X4 İdarəsi yalnız gömrük əməkdaşının onlara təqdim etdiyi kartof nümunələri əsasında rəy vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 00100-00159/24 saylı, 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə “Xocəsən” gömrük postundan daxil olmuş 3-33-/3-1-028788/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən, AZ1083, Bakı Şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Çimərlik dön.(Sahil Qəs.), ev 8 qeydiyyatda olan "xxxx" (VÖEN: **********) ünvanına E666XM96/BA877066 nömrəli avtomaşınla, 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük **********787 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” kodu altında toxumluq kartof kimi yəni 697a imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin və 697a imtiyaza yəni toxumluq olub olmamasının müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş GM**********47 saylı xx.xx.2023 -ci il tarixli cavab məktubuna əsasən 09 saylı xx.xx.2023-ci il tarixli, invoys sənədi ilə daxil olmuş yük “**********” kimi sinifləşdirilmiş toxumluq kartofa uygun olmadıgı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X6 İdarəsinin 11 oktyabr 2023-cü il tarixli rəyindən aydın olur ki, "xxxx" MMC-nin ünvanına ** DY ***/ ** ZD *** nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil. Məlumat üçün bildirilmişdir ki, "Nevskiy" sortlu kartofda GMO olması riskinin nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən rəyin alınması məqsədə uyğundur. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin dispozisiyasına əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bilməyərəkdən düzgün bəyan edilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Belə ki, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdı, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmaslı və inzibati məsuliyyətə səbəb olmalıdır. Qanunverciliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı işdə olan, o cümlədən "xxxx" MMC-nin nümayəndəsinin təqdim etdiyi həqiqiliyi mübahisələndirilməyən sənədlərdən aydın olur ki, "xxxx" MMC ilə Rusiyanın “X11” şirkətindən həmin şirkət ilə bağlanmış 09 nörməli, 27 sentyabr 2023-cü il tarixli müqavilə əsasında toxumluq kartof məhsulunun idxalı nəzərdə tutulmuş və toxumluq kartof məhsulu da idxal edilmişdir. Bunu iş materiallarına əlavə edilmiş müqavilənin surəti, həmçinin X1 Xidmətinin 02 oktyabr 2023-cü il tarixli fitosanitar sertifikatı da təsdiq edir. Belə olan halda yuxarıda qeyd olunan uyğunsuzluğun "xxxx" MMC-nin təqsiri səbəbindən baş verməsi sübut olunmur. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli GM**********46 saylı ekspert rəyi işin nəticəsinə bilavasitə marağı olan orqanın nəzdində olan ekspertiza idarəsi tərəfindən verilmiş, eləcə də protokolu tərtib etmiş orqan tərəfindən ekspertizanın təyin olunmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə uyğun olaraq, heç bir qərardad qəbul edilməmişdir. Bundan başqa sözügedən rəydə həmin Məcəllənin 82.2.5-ci maddəsinə əsasən, ekspertin bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq haqqında bildiriş qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4 İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun surətdə, yəni ekspertizanın təyin edilməsinə dair qərardad əsasında rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan, bundan əlavə inzibati xəta üzrə protokolu tərtib etmiş orqanın müraciəti əsasında və onların nəzdində olan ekspertiza idarəsi tərəfindən keçirildiyi üçün həmin rəyin qərəzsizliyi şübhə altına alınır. Bu səbəbdən qeyd olunan rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 00100-00159/24 saylı, 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-284/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-284/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver