Məhkəmə qərarları › İş №3(002)-2841/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2841/2025

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2841/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər DYPİ-sı tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-in Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tədbirinə dair qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək işə Qaradağ rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 04 dekabr 2025-ci il tarixdə İXP ******* saylı, xx.xx.2025ci il tarixli protokolu əsasında 14 dekabr 2025-ci il tarixdə İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə AR İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, qərar qanusnuz və əsassız olduğuna görə ləğv olunmalıdır. İlk öncə qeyd etmişdir ki, Yol Patrul Xidməti əməkdaşı ona saxlayarkən qeyd etmişdir ki, istifadəsində olan **-GK-*** nörməli qeydiyyat nişanlı "Volkswagen" markalı avtonəqliyyat vasitəsində guya xarici işıq cihazlarının lampası avtomobilin konstruksiyasına uyğun deyil. O həmin vaxt əməkdaşdan qeyd etdiyi halı sübut etməsini tələb etsə də qanunsuz olaraq sübut olmadan barəsində qərar qəbul etmişdir. Halbuki əməkdaş həmin nəqliyyat vasitəsinin konsturksiyasına hansı növ lampanın uyğun olmadığı barədə məlumatı yoxdur. Dəfələrlə avtomobilin üzərində gələn xarici işıq cihazlarında hansı lampalar olmuşsa, hazırda da eynisi olduğunu bildirsə də qanunsuz olaraq bu halı sübut etmədən qərar qəbul etmişdir. Bundan əlavə olaraq, istifadəsində olan nəqliyyat vasitəsinin istehsalı dayanmışdır və qanunvericilikdə də göstərilmişdir ki, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan xarici işıq cihazlarının quraşdırılmasına yol verilir. Bu maddəni də əməkdaşa bildirsə də və hətta qeyd etsə belə ki, nəqliyyat vasitəsində zavod buraxılış olan lampalar var və olmasaydı belə həmin qanun norması əməkdaşın iddiasını təkzib edir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1 saylı əlavənin 3cü bəndi qeyd edir ki, 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rengi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq aradan qaldırılır. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Qanunvericiliyin də tələblərindən göründüyü kimi bu hallar konkret olaraq qeyd olunmuşdur, lakin YPX əməkdaşları bu halların üzərindən xət çəkərək, yeni normalar tətbiq etmək niyyətində olmuşdur. Həmçinin avtomobil saxlanarkən AR İXM-nin 93-cü maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinə baxış keçirərkən fasiləsiz videoçəkiliş aparılmalıdır, lakin YPX əməkdaşları tərəfindən fasiləsiz videçəkiliş aparılmamış və tam qanunsuz qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, AR DİN BDYPİ-nin inzibati tənbehvermə haqqında qərarı tərtib edən orqan olduğundan və sübutetmə yükünün də üzərində olduğunu nəzərə alsaq bu normanın tələblərinə əməl edilmədən qəbul edilmiş qərarın hüquqi qüvvəsi yoxdur və qanunsuz ve əsassız qəbul edilmiş qərar hesab olunmalıdır. Ümumiyyətlə YPX əməkdaşlarının tərtib etdikləri protokola dair mötəbər sübutu yoxdur və elektron sistemdə də həmin hissə boş saxlanılıb. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, 04 dekabr 2025-ci il tarixdə, saat təxminən 15:00 radələrində Bakı şəhəri, M.Müşfiq küçəsi ərazisində "Volkswagen Jetta" markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX əməkdaşları onu saxlatmışdır. Yol Patrul Xidməti əməkdaşı ona saxlayarkən istifadəsində olan avtonəqliyyat vasitəsində xarici işıq cihazlarının lampasının avtomobilin konstruksiyasına uyğun olamadığını bildirmişdir. O həmin vaxt əməkdaşdan qeyd etdiyi halı sübut etməsini tələb etsə də qanunsuz olaraq sübut olmadan barəsində qərar qəbul edilmişdir. Ona görə də protokolu imzalamaqdan imtina etmişdir. Maşını duracağa aparmışlar. O, maşını duracaqdan çıxarmaq üçün lampaları dəyişmiş, maşını duracaqdan götürdükdən sonra həmin lampaları quraşdırıb idarə etməyə davam edir. Bu keçən müddət ərzində heç bir polis əməkdaşı onu saxlatmamışdır. Həmçinin avtomobil saxlanarkən nəqliyyat vasitəsinə baxış keçirərkən fasiləsiz videoçəkiliş aparılmalıdır, lakin YPX əməkdaşları tərəfindən fasiləsiz videçəkiliş aparılmamışdır. Eyni zamanda idarə etdiyi avtomobil köhnə model olmaqla uzun müddətdir ki, istehsalı dayandırılıb. Həmin avtomobilə qanunvericiliyə zidd olmayan digər avtomobillərə məxsus xarici işıq cihazına aid lampanın quraşdırılması yol veriləndir. Odur ki, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 14 dekabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 14 dekabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 04 dekabr 2025-ci il tarixdə, saat 15:13 radələrində Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 94 ərazisində " Volkswagen Jetta minik" markalı ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avdanlığın dəyişdirilməsinə görə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı yanlız şikayət vermiş şəxsin təqdim etdiyi sübutlar əsasında onun qeyd olunan inzibati iş üzrə təqsirli bilinib-bilinməməsinə dair obyektiv yekun nəticəyə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 09 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh edilməsinə dair DİN-in Bakı şəhər DYPİ-nin 14 dekabr 2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar