Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2846/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7 şöbəsinin YNH üzrə baş inspektoru X2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin X7 şöbəsinin YNH üzrə baş inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış xx.xx.2024cü il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin, qeyd etdi ki, hüquqi şəxsin ünvanı Qaradağ rayonu ərazisində olduğundan o, sorğuya dair cavabı məhz aidiyyəti üzrə Qaradağ RPİ-yə göndərməli idi. Eləcə də inzibati xəta haqqında protokol müvafiq sorğunun hüquqi şəxsin ünvanına çatmasını sübut edən xəbərnamənin səlahiyyətli orqana daxil olduqdan sonra tərtib olunmuşdur. Yəni hüquqi şəxs həmin sorğunun cavab verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” MMC-nin nümayəndəsi X3 bildirdi ki, hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunan zaman səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişi əldə etdikdən sonra bu inzibati xəta haqqında protokol barədə xəbərdar olmuşdur. İnzibati xəta müəyyən edildikdən sonra protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən hüquqi şəxs aşkar olunmuş xəta ilə bağlı müvafiq izahat verməsi üçün dəvət edilməmiş, ona hüquq və vəzifələri izah olunmuş müvafiq bildiriş göndərilməmişdir. Belə olduğu halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş “Holcim (Azərbaycan)” MMC-nin nümayəndəsi onların protokolun tərtib olunması zamanı məlumatsız olmuş və onun tərtibində iştirak etməmişdir. Protokol birtərəfli qaydada tərtib edildiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Bundan əlavə qeyd etmişdir ki, hüquqi şəxs balansında olan nəqliyyat vasitələri barədə məlumatı siyahı şəklində hər il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə təqdim edirlər. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş materiallarının səlahiyyətli orqana geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin DYPŞ tərəfindən “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən xəbərnamədən görünür ki, qeyd olunan sorğu məktubu “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə-hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hüquqi şəxsin nümayəndəsinin balansda olan nəqliyyat vasitələri barədə siyahı şəklində baş idarəyə məlumat verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hal inzibati xəta törətmiş sürücü barədə sorğu ünvanlamış səlahiyyətli orqana məlumat verilməsini istisna etmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyətindən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “HOWO TX 115257GWH46GE15” xüsusi təyinatlı markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, xx.xx.2024-cü il tarixdə hüquqi şəxsə çatdırılsa da, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bununla da “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Holcim (Azərbaycan)” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2846/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2846/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver